Dərd əlindən dağa çıxan…

 

Hər dəfə ölkədə olan yarıtmaz siyasət nəticəsində əmələ gələn problemlərdən sonra, bu işə birbaşa məsul olan şəxs – İlham Əliyev ya ilim – ilim itir, ya da axırıncı Vətən müharibəsi zamanı azad olunmuş bölgələrə özünün piyar səfərlərinə çıxır. Hələ il yarım əvvəl N. Paşinyan Şuşada at oynadan zaman ölkə başçısı postunda oturan bu adamı görən olmadı. Gah dedilər xəstədir, gah dedilər infarkt keçirib və s. Qısası, ölkədə ən kritik dövrdə bu adam ortada yox idi.

Qarabağda rus “sülhməramlılarının” gündə bir təxribatı baş verərkən, birinci şəxs danışmır.
Yaxud üstündən dörd il yarım vaxt keçməsinə və Azerfreedom TV – də yeddi aydan artıq müddətdə müzakirə olunmasına baxmayaraq, Tərtər dövlət terroruna görə hakimiyyətdə olan birinci şəxsdən, yəni İ. Əliyevdən səs çıxmır.
Tərtər cinayətinin əks – sədası Amerikadan, Avropa Parlamentindən gəlir, amma Azərbaycan Prezident Aparatının pəncərəsinin önündə daşları da dilə gətirən, övladı işgəncə ilə qətlə yetirilmiş Validə Ananın və digər zərərçəkənlərin harayı, haykırtısı PA – na, konkret olaraq İ. Əliyevə “çatmır”.
Pandora sənədlərinə görə, təkcə İngiltərədə 700 milyon dollarlıq əmlakı olan İ. Əliyev, yavan çörəyə möhtac qoyduğu xalqı yenidən aclıqla imtahana çəkib. Müharibədən sonra neçənci dəfə qazın və elektrikin qiymətini qaldırıb.

Dünya bazarında neftin və qazın qiymətinin qalxdığı, ölkəyə valyuta axınının sürətlə gəldiyi bir vaxtda, hökumətin kasıb əhalinin cibinə girməyinə nə ehtiyac var idi?

İ. Əliyev, öz dediyinə görə, vaxtilə yaxşı biznesmen olub( !?). Pandora sənədlərində olan pulları da o vaxtlar “qazanıb”. Sual 1: əgər o pulları halal yolla qazanmısansa nədən ofşor banklarda saxlayırsan?
Sual 2: yaxşı biznesmensənsə, neftdən gələn gəlirlərləri nə üçün sərmayə kimi istifadə edib, Norveçdə olduğu kimi, ölkənin valyuta ehtiyatlarını artırmırsan və hər gün kasıb xalqın cibinə girirsən?
Yeni sualları cavablandırması məqamında İ. Əliyev yenə də aradan çıxdı. Füzulidə yeni tikilən binanın özülqoyma mərasimində iştirak etmək üçün.
Bu yerdə dahi Füzulinin bir beyti yada düşür:
Dərd əlindən İ. Əliyev dağa ( Füzuliyə) çıxdı.
Dedilər – bəxtəvər yaylağa çıxdı.
Belə idarəetmədənsə İ. Əliyev birdəfəlik köçüb Şuşada və ya başqa bir düşməndən azad olmuş yerdə yaşasın. Onsuz da ölkənin problemləri hər gün artır və bu adam bu problemləri həll etmək iqtidarında deyil.
Onun da qulağı dinc olar, xalq da birdəfəlik bilər ki, bu ölkədə prezident yoxdur.
Yəni İ. Əliyevin ölkəyə rəhbərliyinin heç bir xeyri yoxdur, barı ziyanı da olmasın.
Hər şey öz axarı ilə gedərsə,
bəlkə heç qazın və elektrikin qiyməti də qalxmazdı.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın