Dənizlərimiz dəmir barmaqlıqlara alınıb

 

Yay mövsümü başlayanda hər kəsin yadına çimərliklər düşür. Ölkəmizdə həm günəşdən , həm də dənizdən vitamin almaq üçün hər bir şəraitimiz olsa da, dəniz sahili boyu çəkilmiş divarlar buna imkan vermir.
Hər il yay mövsümündə kasıb təbəqənin istirahət edə biləcəyi yer Xəzər dənizinə yalnız kənardan baxmaq olur. İnsanlar ailələri ilə birlikdə çimərliyə gününü xoş keçirmək ümidi ilə yollansalar da, arzuları ürəyində qalır.

Belə ki, Xəzər dənizi oliqarxlar və vəzifəlilərin sayəsində dəmir hasara alınır, özününküləşdirilir. Çünki Bakı Şəhər İcra Hakimiyyəti, bələdiyyələr, bu sahələri özəlləşdirərək satırlar. Görünür, həzzamankı kimi, bu hakimiyyətin məmurları qanunlardan uzaqdırlar. Çünki qanuna əsasən dəniz ətrafı sahələrin satışı olmamalıdır. Çünki dəniz ətrafı sahələr xalqa aiddir. Görünür, məmurların qanunlardan xəbərləri yoxdur. Əslində var, lakin qanun Azərbaycanda puldur.

İllərdir ki, bu mövzu ətrafında ara-sıra mübahisələr olsa da, heç bir nəticəsi olmamışdır. Səbəbi isə həmin yerləri satıb və yaxud özəlləşdirənlər məmurlardır. Hərzamankı kimi bu haqsızlıqda əziyyət çəkən kasıb xalq olur. Dəfələrlə efirlərdə bu barədə çıxış etsələr də, heç bir nəticəsi olmamışdır. Görünür dənizi zəbt edənlər, heç kimi və heç bir qanunu saymır. Ümumiyyətlə, nəinki dənizlə bağlı verilən qərar, vəzifə sahiblərinə “yuxarı”dan göstəriş gəlsə də, əməl edən olmur. Bilinən budur ki, İlham Əliyevin mavi ekranda hədə – qorxu ilə çıxış etməsi, yalnız fəqir – füqəralara şamil olunur.

Rəşad Şıxəliyev.

 

Bunu paylaş:

Bir cavab yazın