Düyməsi başqa yerdə olan işıq

Deyilənə görə, Sovetin kütləvi elektrikləşmə proqramı üzrə ucqar bir dağ kəndində hamıya işıq çəkilir, lakin bir qoca kişi işıq çəkilməsini istəmir. Niyəsini soruşanda deyir ki, işığı burada, düyməsi Mingəçevirdə olan işığı mən istəmirəm. Mənim öz köhnə kerosin lampam mənim üçün daha etibarlıdır ki, istədiyim vaxt yandırım və istədiyim vaxt söndürüm.
Bizim bu hakimiyyətin də işığı (daha doğrusu ilğımı) Azərbaycanda, düyməsi isə Moskvadadır, istənilən
vaxt düyməsini basanda əjdahaya dönür, basır, bağlayır, istənilən vaxt isə düyməsini basıb, istədikləri kimi idarə edirlər.
Özümü inandırmağa çalışdım ki, qardaş Türkiyənin, Pakistanın dəstəyi ilə deyəsən bu adam kişiləşib. Amma məlum oldu ki, bunun helə “boş – boş qırıldamağı var”.
Hansı ağıllı Ali baş komandan hücum edən, müvəffəqiyyət qazanan ordunu saxlayıb atəşkəs elan edər?
Demək ki, düymə Kremldədir. Allaha şükür ki, ordumuz və xalqımız mübarizəyə hazırdır, sadəcə bizə bir Atatürk kimi sərkərdə lazımdır.

Ş. Şirvanlı.

Bunu paylaş: