Dünyanın ən güclü lobbisinin icraçı direktoru Azərbaycanda

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Yəhudi Komitəsinin icraçı direktoru David Harrisi qəbul etmişdir. Görüşdə regional iqtisadi və siyasi məsələlər müzakirə edilmişdir. Görüş zamanı qonaq Yəhudi milləti üçün Azərbaycanda yaradılan şəraitə görə İlham Əliyevə minnətdarlığını bildirmişdir. Yəhudi icmasının liderlərindən birinin ölkəmizə səfərinin siyasi məqsəd daşıdığını deyə bilərik.

David Harris Amerika Birləşmiş Ştatlarında və dünyada tanınmış vəkil olmaqla yanaşı, böyük Yəhudi diasporuna başçılıq etməkdədir. Nəzərə alsaq ki, David Harris İlham Əliyevlə görüşdən əvvəl, ölkəmizin Diaspor İşi üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Xarici İşlər naziri Ceyhun Bayramovla görüşmüşdür.
Görünür, İlham Əliyevin Amerikanın Yəhudi icmasının dəstəyinə böyük ehtiyacı vardır.

İlham Əliyevin təcili David Harrislə görüşməsinin səbəbləri nədir?

Belə olduğu halda iki səbəb ortaya çıxmaqdadır:
İlk səbəb – İlham Əliyev daxildəki vəziyyətin ağırlaşdığını anlayır və Yəhudi icmasının dəstəyi ilə Qərbi neytrallaşdırmaq istəyir. Görünür, Ermənistan, Belarus (Ağrusiya), Qazaxıstan hadisələri hakimiyyəti çox qorxuya salmaqdadırlar.

İkinci məsələ isə, Amerika senatorluğunda Azərbaycana hansısa dəstəyin qəbul edilməsidir. Bildiyiniz kimi David Harris digər tərəfdən də, Azərbaycana əsas lobbiçilik edən fiqurlardan biridir.
Ola bilsin, Yəhudi icmasının dəstəyi Azərbaycana, Ermənistan problemi və enerji sahəsində ola bilər.

Xatırladım ki, David Harris dünyada sözü keçən şəxsiyyətlərdən biri sayılır. O, illərdir ki, Azərbaycanın maraqlarını Amerikada təmsil etməkdədir. Əsasən də, ölkəmizə enerji sahəsində verdiyi dəstək göz qabağındadır.
Əlavə edək ki, Amerika Yəhudi icması dünyada ən güclü lobbiyə malikdir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın