Dünyadakı vəziyyət Azərbaycan hakimiyyətini qorxuya salıb?

Son vaxtlar ölkədə hakimiyyət daxilində ciddi hərəkətlənmə hiss edilməkdədir. Ilk öncə gözə çarpan Nazirlərin rayonlara səfəri və orda insanlarla görüşməsidir. Bu estafetə deputatlardan da qoşulmaqdadırlar.
Lakin bununla bölgələrimizdə problemlərin həll ediləcəyi real görsənmir.

Məsələ burasındadır ki, niyə İlham Əliyev təxminən 20 illik hakimiyyəti dövründə yalnız indi bölgələrə durmadan dövlət nümayəndələrini göndərməkdədir?
Bəlkə vəziyyətin həssas olmasını anlayır?
Deyə bilərik ki, dünyada vəziyyət diktatorların əleyhinə dəyişməkdədir. İlk növbədə İlham Əliyevin əsas dayaqlarından Rusiyanın zəifləməsi Azərbaycan hakimiyyətini təşvişə salmışdır. İlham Əliyev çox gözəl anlayır ki, Rusiyanın varlığı onun varlığı deməkdir. Lakin Rusiyanın uçuruma düşməsi və siyasi qollarının zəifləməsi İlham Əliyevi və hakimiyyətini təşvişə salmışdır.

Bu səbəbdən Azərbaycan Prezidenti əhalinin sıx yaşadığı yerlərə dövlət nümayəndələrini göndərməklə özünün gələcəyini möhkəmləndirməyə çalışır.

Bu, sadəcə bir mənzərədir!
İlham Əliyev və hakimiyyəti Azərbaycanı elə vəziyyət salıblar ki, düzəltmək üçün ən azı 50 il lazımdır. Rusiyanın sonu yaxınlaşdıqca Azərbaycan hakimiyyətinin də sonu yaxınlaşmaqdadır. Azərbaycan xalqı da vəziyyəti gözəl anlayır və hakimiyyətin sonunun yaxınlaşdığını bilir. Məmurların belə əl – ayağa düşməsi də sonlarının əlamətləridir.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın