Dünya dəyişsə də, Azərbaycan hakimiyyəti dəyişmir – tək yol xalqın birliyidir

Bir neçə gündür ki, dünya arenasında Rusiyanın dağılması ilə bağlı müzakirələr gedir. Müzakirələrin hədəfi isə,  belə olduğu halda Moskvanın təsir dairəsinin də dəyişəcəyi deyilir.
Bəzi ekspertlər bildirirlər ki,  əgər Putin hakimiyyəti iflasa uğrayarsa,  Qafqaz, Mərkəzi Amerika, Mərkəzi Asiya, Yaxın Şərq, Afrika və eləcə də Avropada bəzi dövlətlər azadlıq hüququ alacaqdır. Əgər bu baş verərsə bir çox ölkələrdə hakimiyyət dəyişikliyi olacağı istisna edilmir.

Çoxları bunun Qafqazdan başlayacağını bildirir. Lakin bu yanaşma bir az deyildiyi kimi nəticə verməyəcəkdir. Mərkəzi Asiyanı götürsək,  orada bəzi dövlətlərdə nə isə baş verər,  əgər Çin və Türkiyə buna müdaxilə etməsə.
Qaldı kı,  Qafqazda,  bu,  bir az qəliz məsələ kimi görünməkdədir. İlk növbədə Gürcüstan və Ermənistanı demək olar ki,  bu gün hər iki dövlət rəhbərliyi həm Qərbin, həm də ki, Rusiyanın maraqlarına xidmət etməkdədir.
Bu səbəbdən Qərbin orada hansısa hakimiyyət dəyişikliyinə getməyəcəyi görünür. Ən azından Gürcüstan və Ermənistanda azad, demokratik seçki hüququ vardır.

Söhbətin burada əsasən,  Azərbaycanın üzərində qurulduğunu görmək olar. Trilyonlarla dəyərində sərvətə malik, kasıb xalq obrazı sanki alın yazısı olmaqdadır. Ölkədə olan özbaşınalıq Azərbaycanda hakimiyyət dəyişikliyinə meyilliyin əsas səbəbidir. Kasıb təbəqəninin çoxluğu, korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığı, xalqın hakimiyyət tərəfindən oğurlanan sərvəti və Rusiya agenturasının vətəndaşlar üzərində təzyiqi əsas verir ki,  Azərbaycanda Rusiyanın məğlubiyyətindən sonra hakimiyyət dəyişikliyi olsun.

Lakin burada bir problem var. İlk növbədə Azərbaycanda hakimiyyətin dəyişikliyi üçün Türkiyənin dəstəyi lazımdır. Bu gün isə, bəzi siyasi vəziyyəti başa düşərək Ərdoğanın Əliyevin yanında olduğunu demək bir o, qədər də çətin deyil. Əlavə edək ki,  Ərdoğan – Əliyev münasibətləri siyasət çərcivəsindədir.
Görünür,  sonda Rusiyanın məhvindən sonra Azərbaycanda hər hansı dəyişikliyin olacağına ümid yoxdur, amma hər şey xalqın istəyindən asılıdır. Əgər bu baş versə,  yalnız Azərbaycan xalqı ayağa qalxıb, birlik nümayiş etdirib vətəni oğrulardan xilas edə və Azərbaycanı azadlığa qovuşdura bilər. Bir sözlə,  ölkədə hər şey yuxuya dalan xalqın əlindədir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın