Düşmənin Ağoğlan istiqamətində ordusu məhv edildi

İşğalçı Ermənistan „Humanitar sülh”dən istifadə edərək azad etdiyimiz Ağoğlan (Hadrut) istiqamətində hücuma keçmişdir. Bir gün içində böyük kütlə ilə hücuma keçən işğalçılar cəsarətli ordumuzun qarşısında darmadağın edilmişdir. Azərbaycan əsgəri qəhrəmancasına hücumu dəf edərək 100-ə yaxın erməni xüsusi təyinatlısını məhv etmişdir. Məhv edilən erməni əsgərlerinin arasında birinci Qarabağ müharibəsinin qatilləri də olmuşdur.Ağoğlan istiqamətində gedən döyüşlərdə düşmənin çoxlu sayda texnikası sıradan çıxardılmışdır. Qürurla deyə bilərik ki, qısa bir vaxtda qəhraman əsgərlerimiz işğal altında olan torpaqlarımızı tam azad edəcək. Yaşasın Azərbaycan əsgəri.

Mikayıl Əsədov.

Bunu paylaş: