Düşmən qorxu içində

 

Fevral ayının 1-dən ,12-nədək Türkiyənin Qars şəhərində Azərbaycan və Türkiyə hərbi təlimləri keçiriləcəkdir. Bu təlimlərdə demək olar ki, bütün növ hərbi silahlardan istifadə ediləcəkdir. Azərbaycan əsgəri Naxçıvandan Türkiyənin Qars şəhərinə yola çıxmışdır. Aldığımız digər məlumatlara əsasən, bu təlimlərdə Türkiyə istehsalı olan yeni silah növlərindən istifadə olunuacaqdır.
“Qış-2021 Türkiyə-Azərbaycan Taboru Kombinə Edilmiş Birgə Vəzifə Gücü Təlimi” Ermənistan və Rusiyanı bərk narahat etməyə başlamışdır. Ermənistan tərəfi iddia edir ki, güya bu təlimlər ermənilər üçün nəzərdə tutulub.

Erməni və rus ekspertlərinin sözlərinə görə, Qarabağdakı 44 günlük müharibədən əvvəl də Azərbaycan və Türkiyə bu cür birgə təlimlər keçirmişdilər. Bu təlimlərdə Gürcüstan, Ukrayna və.s ölkələr müşahidəçi qismində iştirak edəcəklər. Dünyanın bir çox ölkələri Türkiyə və Azərbaycanın döyüş taktikasını öz ökələrinin ordu sistemlərində istifadə etmək istəyirlər.

Mikayıl Əsədov.

Bunu paylaş: