Düşmən hər cür terrora əl atır

Artıq rəşadətli ordumuzun ireliləməsini həzm edə bilməyən işğalçi Ermənistan üç tərəfdən hücuma keçib.
Birincisi – işğalçı Ermənistanın Qarabağımızdakı terroru davam edir, dünən erməni terrorcuları cəbhə boyu ordumuzun mövqeylərinə basqın edib və qəhrəman ordumuz tərəfindən ağır zərbə alaraq geri otuzdurulub.
İkincisi – dinc əhaliyə hücum etmək davam edir, dünən Tərtər qəbirstanlığı da erməni terroruna məruz qalıb və 4 nəfər həlak olub 5 nəfər isə yaralanıb.
Üçüncüsü isə artıq Dövlət Təhlükəsizlik Xidməti xəbər yayaraq ermənilərin Azərbaycanın bir çox böyük şəhərlərində terrora əl atmaq ehtimali olduqlarını bildirmişdir. Artıq dünya bu terrora susmamalıdır. Tarix boyu bu işğalçı Ermənistan qonşu dövlətlərin ərazisində terrorla məşğul olmuşdur, hətta Suriya və İraqda döyüşən terrorcuları Qarabağa gıtirməklə müharibənin radiusunu böyütməyə çalışmaq istəyirlər. Ermenilər bilməlidirlər ki, hər şeyin bir sonu olduğu kimi, onların terrorunun sonu gəlib çatıb.

Mikayıl Əsədov.

Bunu paylaş: