Düşənbə görüşü də nəticəsiz qalacaqdır, səbəbi…

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov, Düşənbədə keçirilən Müstəqil Dövlətlər Birliyi toplantısı zamanı, Ermənistanın XİN – i Ararat Mirzoyanla görüşmüşdür. Görüş zamanı Rusiya Xarici İşlər naziri Sergey Lavrov da üçüncü tərəf kimi iştirak etmişdir. Bu görüşdən sonra Ceyhun Bayramov sərhədlərin delimitasiyası üzrə sədrlərin və formaların müəyyənləşdiyini qeyd etdi.

44 günlük qələbədən sonra təxminən 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq hələ də bu cür formalar davam etməkdədir. Üstəlik də bu məsələ Rusiyanın vasitəçiliyi ilə baş tutubsa, deməli, heç bir irəliləyiş olmayacaqdır. Onsuz da Kreml 30 il Azərbaycanla Qarabağ formatında siyasət apardı. Bu gün isə, siyasəti dəyişərək, sərhədd formatına keçmişdir.

Kimsə deyə bilər ki, dünyada Rusiyanın vasitəçiliyi ilə, hansısa məsələ həll edilmişdir!?
Təbii ki, bu suala cavab axtarmağa belə dəyməz.
Bu gün Düşənbə görüşündən hansısa nəticə əldə ediləcəyi inandırıcı görünmür. Çünki Azərbaycan xalqı 30 il ərzində nə görüşlər, nə formalar, nə danışıqlar gördü. Bir sözlə, Rusiyadan və onun təşkil etdiyi görüşlərdən bir nəticə gözləmək olmaz. Səbəbini isə, bir daha söyləmək istərdik; Qarabağ problemini süni şəkildə yaradan bir başa Kreml özüdür. Şimal qonşularımıza da Cənubi Qafqazda sülh lazım deyil.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın