Düşünürəm ki, bunu hərkəs oxumalıdır ( 2-ci hissə)

 

• 6. Diqqəti şüurlu düşüncədənsə emosiyalar üzərində toplamaq.

Emosiyalara təsir etmək, insanların rasional analiz etmə qabiliyyətini iflic etmək, nəticədə isə baş verənlərə ümumiyyətlə tənqidi yanaşmasının qarşısını almağa hesablanmış klassik üsuldur. Digər tərəfdən, emosional faktordan istifadə etməklə şüuraltının qapılarını açıb, oraya arzulara, qorxulara, təhlükələrə, ehtiyaclara sövq edən davranış modelləri yeritmək olar.

• 7. İnsanları cahillikdə saxlamaqla, haqqını tələb edə bilməyən qabiliyyətsiz nəsil yetişdirmək.

İnsanların hansı metodlarla idarə edilib vahid iradəyə tabe edildiyini anlaya bilməmələri üçün savadsız qalmaqları vacibdir. “Cəmiyyətin aşağı təbəqəsinə verilən təhsil mümkün olduqca daha zəif və kortəbii olmalıdır ki, aşağı təbəqədə yayılmış savadsızlıq insanlara, yuxarı təbəqənin çatdığı mənsəbə çatmasına mane olsun”.

• 8. Vətəndaşlarda geridəqalmışlığa həvəs yaratmaq.

Əhalinin beyninə axmaqlığın, geridəqalmışlığın və tərbiyəsizliyin dəbdə olduğu düşüncəsini yeritmək.

• 9. Günah hissini gücləndirmək.

İnsanı bədbəxtiyində yalnız özünün günahkar olduğuna inandırmaq. Guya bu onun əqli keyfiyyətlərində çatışmamazlıqdan və kifayət qədər əzmkar olmamasından doğur. Nəticədə insan iqtisadi sistemə üsyan etmək əvəzinə hər şeydə özünü günahkar bilərək özünü alçaltmağa başlayır, bu isə öz növbəsində ayağa qalxmalı olan kütləni əksinə fəaliyyətsizliyə, əzikliyə və depressiyaya sürükləyir. Fəaliyyətsizlik vəziyyətində isə heç bir inqilabdan söz gedə bilməz!

• 10. İnsanlar haqda onların özləri haqda bildiklərindən çox bilmək.

Son 50 il ərzində elmin inkişafındakı uğurlar, sadə insanların biliyi ilə hakim təbəqənin sahib olduğu və xalqa qarşı istifadə etdiyi bilik arasında get-gedə böyüyən uçurumun əmələ gəlməsinə səbəb olub.
Biologiya, neyrobiologiya və tətbiqi psixologiyanın sayəsində “sistem” insan, onun psixikası və fiziologiyası haqqında mühüm bilikləri əlində cəmləşdirir. Bu minvalla hakimiyyətlər adi insanlar haqqında onların özləri haqda bildiklərindən çox bilik toplaya bilmişlər. Bu əksər hallarda sistemin daha geniş hakimiyyətə sahib olması və insanları daha yüksək səviyyədə idarə edə bilməsi anlamına gəlir.

Noam Chomsky (1928) ABŞ filosofu, professor, siyasi publisist.

İlqar Nəsibov.

Bunu paylaş:

Bir cavab yazın