Düşünürəm ki, bunu hərkəs oxumalıdır (1-ci hissə)

 

Burjua hökümətləri ölkə vətəndaşlarını nəzarətdə saxlamaq üçün manipulyasiya edir. Manipulyasiya ilə insanların fikirlərini öz xeyirlərinə çevirərək dövləti istədikləri kimi idarə edirlər. Bunun üçün hökumətlərin aşağıdakı 10 manipulyasiya üsulu vardır:

• 1. Diqqəti yayındırmaq.

Cəmiyyəti idarə etməyin başlıca üsulu, siyasi və iqtisadi idarəetməylə məşğul olanlar tərəfindən, kütlənin diqqətini, həlli vacib olan problemlərdən yayındırmaq üçün informasiya məkanını daim önəmsiz, lakin maraqlı məlumatlarla doldurmaqdır. Diqqəti yayındırmanın belə üsulu insanların, iqtisadiyyat, psixologiya, neyrobiologiya və kibernetika elmləri sahəsində mühüm bilikləri qazanmağına mane olmaq üçündür.
“Vətəndaşların diqqətini daim əsl sosial problemlərdən yayındırmaq üçün, onları gerçək önəmi olmayan mövzulara yönləndirmək, beləliklə onların ara vermədən, nə iləsə məşğul olmasına və düşünməyə vaxt qalmamasına nail olmaq kapitalist idarəetmənin əsas simasıdır. Onlar bununla insanları bütün başqa heyvanlar kimi sahələrdən damlara qovulmaq prinsipi ilə yaşamağa sövq etmək istəyirlər (“Sakit müharibə üçün, sakit silah” kitabından sitat)”.

• 2. Problem yaratmaq, daha sonra onların həll yollarını təklif etmək.

Verilmiş metodu həm də “problem-reaksiya-həll” adlandırmaq olar. Hansısa “şəraitdə”, kütlə arasında müəyyən reaksiya doğurmağa hesablanmış problem yaradılır ki, kütlə özü yuxarılara sərf edən tədbirləri görməyi tələb etsin. Misal üçün, hakimiyyət şəhərlərdə zorakılığın artan xətlə inkişaf etməsinə gizlicə dəstək verir və qanlı terror aktları təşkil edir ki, vətandaşlar təhlükəsizliyi artırmaq üçün tədbirlər görülməsini tələb etsin, bu da son nəticədə vətəndaşın öz azadlığının məhdudlaşmasına gətirib çıxarır. Yaxud iqtisadi böhranlar vasitəsilə hökümətə əl verən şəkildə insanların sosial haqlarını pozmaq və dövlət qulluğundakı əlavə iş yerlərini ixtisar etmək buna misal ola bilər.

• 3. Tədricən qəbul etdirmək üsulu.

İnsanlar tərəfindən qəbul edilməyən hansısa tədbiri görə bilmək üçün, onu tədricən, günbəgün, ilbəil həyata keçirməklə qəbul edilən şəklə salmaq olar. Məhz bu yolla keçən əsrin 80-90-cı illərində tamamilə yeni sosial-iqtisadi həyat şərtləri (neoliberalizm) cəmiyyətə yeridildi.
Dövlətin funksiyalarını minimuma endirib, cəmiyyəti korporasiyaların istismarına buraxmaq, həyata inamsızlıq, qarışıqlıq, kütləvi işsizlik, normal həyat şərtlərini təmin etməyən aşağı əmək haqları; əgər bütün bunlar eyni vaxtda baş versəydi yəqin ki, inqilabın başlaması qaçılmaz olacaqdı.

 

• 4. Vədlərin yerinə yetirilmə vaxtını uzatmaq.

Hal-hazırda xalq üçün əhəmiyyətli olan hansısa mühüm problemi özünə sərf edən şəkildə unutdurmaq üçün, başqa bir önəmsiz problemi “ağrılı və mühüm” adlandıraraq, önəmli problemin həllini gələcəyə saxlamaq adıyla xalqı aldadıb razı salmaq. Hal-hazırda nə isə qurban verməkdənsə, qurbanı gələcəyə saxlamaq insanlar üçün daha asandır.
Birincisi bu dərhal baş vermir. İkincisi xalq təbiətinə uyğun olaraq həmişə “hər şeyin sabah yaxşılaşacağına” və nə isə qurban verməkdən yaxasını qurtara biləcəyinə sadəlövcəsinə ümid edir. Bu həmçinin vətəndaşların dəyişikliklər barəsində fikirlərə öyrəşməsi və vaxtı gələndə onları asanlıqla qəbul etməsi üçün yaxşı üsuldur.

• 5. Xalqa müraciət edərkən balaca uşaqmış kimi davranmaq.

Geniş publikaya hesablanmış təbliğat çıxışlarının çoxunda elə dəlillərdən, personajlardan, söz və intonasiyadan istifadə edirlər ki, sanki müraciət olunan kütlə əqli cəhətdən geri qalmış məktəb yaşında uşaqlar ya da hələ formalaşmamış şəxsiyyətlərdən ibarətdir.
Çıxış edən şəxs dinləyiciləri nə qədər möhkəm aldadıb, başını tovlamaq istəyirsə, nitqini bir o qədər uşaqlara təsir etməyə hesablanmış elementlərlə zənginləşdirir. Niyə? “Əgər kimsə uzun müddət yetişkin insanla on iki yaşlı uşaqmış kimi davransa, onun inandırma gücü daha çox olur və buna müvafiq cavab ya da reaksiya alınır, həmçinin insan tərəfindən tənqidi qiymətləndirmə də xeyli azalır”.

İlqar Nəsibov.

Bunu paylaş:

Bir cavab yazın