Döyüşlər Rusiya ərazisinə keçir, Putin nüvə silahından istifadə edə bilər

Rusiyanın Ukraynaya işğalçılıq siyasəti davam etdiyi bir vaxtda vəziyyət dəyişməyə başlamışdır.
İlk növbədə Qərbin Ukraynaya yeni və güclü silah verməsi Putinin narazılığına səbəb olub. O bu barədə Qərbə xəbərdarlıq etməyi də unutmamışdır.

Fikir versəniz müharibənin radiusu bir az genişlənməyə başlamışdır. Son bir neçə gündür ki, Rusiyanın Belqorod, Bryansk, Voronej və Kursk şəhərlərində həyəcan siqnalı səsləri eşidilir.
Ukrayna ordusu tərəfindən həmin şəhərlərdə hərbi obyektlərin məhv edildiyini görürük.
Görünür, müharibə getdikcə Rusiya ərazisinə keçir. Bu səbəbdən Qərbin verdiyi böyük həcmli və yüksək standartlara cavab verən silahları Putini narahat edir.

Putin hələlik Ukrayna ordusunun müqavimətini qırmağa çətinlik çəkir. Rus ordusu həm fiziki, həm də silah baxımından zəifləməyə başlamışdır. Demək olar ki, əks – hücumlarda yaxalanan rus işğalçılarının döyüş həvəsləri də qalmamışdır.

Putinin tək çıxış yolu kiçik həcmli nüvə silahından istifadə etmək olacaqdır. O, Ukraynanın hansısa az əhalisi olan şəhərinə zəif uranlı nüvə silahı ata bilər. Amma sonra bunun qarşılığını dayandıra biləcəyi sual altındadır.

Böyük Britaniyanın Baş Naziri Boris Conson Putinə nüvə silahının cavabını vermişdir. Əgər Rusiya nüvə silahından istifadə edərsə, biz də cavabını artıqlaması ilə verəcəyik!.
Demək olar ki, Putinin bütün əl-qolu bağlanmaqa doğru gedir. Rusiyanın təslim olmaqdan başqa çıxış yolu yoxdur!

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın