Dövlət Yol Polisi vətəndaşa zor tətbiq etdi

Dekabr ayının 17-də Azərbaycanın sosial şəbəkələrində, “Yol Polis” i tərəfindən Taleh Xəlilov adlı vətandaşa qarşı zor tətbiq edilməsi barədə video yayılmışdır. Hadisənin Bakı şəhəri Badamdar şosesində baş verdiyi ehtimal olunur. Yol polisinin verdiyi məlumata görə, “Şevrolet” markalı dövlət nişanlı 99-DE-045 saylı avtomobil “saxla” əmirinə tabe olmamışdır və qaydaları kobud şəkildə pozmuşdur.
Bakı şəhər Baş Polis İdarəsinin ictimai əlaqələr üzrə mətbuat katibi Vaqif Əsədovun verdiyi açıqlamaya görə, saxlanılan şəxsin 772 manat cəriməsi olduğunudan tutularaq Səbail rayon 41 -ci polis şöbəsinə təhvil verilmişdir:


1) Əgər vətəndaş polisin yol hərəkəti qanunlarını pozaraq saxla emrinə tabe olmursa ,maşının dövlət nömrə nişanının şəkli qeyd edilməli və cəzası qeydiyyatda olduğu ünvana göndərilməlidir.
2) Saxlanılan vətəndaşın cəriməsi olduğu halda, YPX vətəndaşın qeydiyyatı olduğu rayon Polis idarəsinə müraciət etməlidir.
3) Cəzası olan vətəndaş YPX tərəfindən saxlanılarsa, həmin zaman müvafiq Polis orqanlarına müraciət edərək, qaldığı yerdən müvafiq orqanlara təhvil verilməlidir.


Hər halda, bu vəziyyətdə qanunla heç bir “Yol Polisi” nin vətəndaşı həbs etmək hüququ yoxdur. Yaxşı olar ki, YPX əməkdaşlarının özbaşınalığının qarşısını almaq üçün Vaqif Əsədov həmin polisləri məsuliyyətə cəlb etsin.

 

Bunu paylaş: