Dövlət-xalq, xalq – dövlət vəhdəti olmalıdır

 

Qarabağ müharibəsi başlayandan, müddətlik dayanana qədər düşünürdüm ki, geri qayıdan əsgər qardaşlarımıza qarşı dövlət və hakimiyyət səmimi və mehribançılıq nümayiş etdirib, onlara qarşı daha səmimi olacaq. Hətta orqan işçiləri belə (polis, yanğınsöndürən və s) onlara daha həssas yanaşıb, problemlərini tez bir zamanda həll edəcəklər. Nəinki geri qayıdan əsgərlərimizə, qazilərimizə, şəhid ailələrinə hörmət qoyuldu. Əksinə, onların haqqı normal vətəndaşın haqqından iki – üç qat tapdalandı. Meydana sual çıxır: –2-ci Qarabağ savaşından geri qayıdan əsgər qardaşlarımıza bu cür hörmət qoyan dövlət və hakimiyyət, 3-cü dəfə başlama astanasında olan Qarabağ müharibəsinə kimləri cəlb edəcək? Nə kimi boş vədlər edəcəklər? Vətənini sevən igid ərənlərə 6-7 ay ərzində olmazın əzab verdilər və haqlarını tapdaladılar. Jek müdirindən tutmuş, hərbi xəstəxanada olan rüşvətxor həkimlərə, sosial müdafiə nazirliyindən tutmuş, prezidentinə kimi hər kəs şanlı ordunun qürurunu əzmək istədi. Bundan sonra hansı “Ana” öz övladını, ermənipərəst harınlamışlar üçün ön cəbhəyə yola salar?. Bu ölkə yalnız kasıbların deyil, hər kəsindi, yəni məmurlar da vətən üçün qeyrətə gəlməlidir. Vuruşub torpaq uğrunda can qoymalıdırlar ki, arxa bölgədə oturan harınlamışlar öz əməllərinə davam etsinlər. Bəli, doğrudur, işğalçı və terrorist separatçıları yerlərinə oturtmaq lazımdır, necə ki, öz şücaətini qüdrətli ordumuz göstərdi.

Ancaq ordumuza, əsgərimizə dəyər vermədikdən sonra bu torpaq uğrunda kim vuruşacaq?
Güman edirəm, bu barədə yuxarıda oturanlar tez bir zamanda qərar qəbul etməli, əməyi keçən bütün zabit, qazi və şəhid ailələrinə layiq olduqları hörməti etməlidirlər. Çünki xalq-dövlət, dövlət-xalq vəhdəti olmalıdır.

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın