Dövlət tərəfindən qayğısı olmayan, məktəbli formasını özləri alan gələcəyin qəhrəmanları

İkinci Qarabağ müharibəsi zamanı hərbçilərimizin 90 faizini gənclər təşkil etməsi,  Azərbaycan xalqının rəmzi kimi qəbul edilməkdədir. Elə şəhidlik zirvəsinə ucalanların da demək olar ki, çoxunun yaş həddinə baxsaq,  1990 – cı ildən bu yana  olduğunu deyə bilərik.
Bu gənclər həmin qəhrəmanlardır ki,  Azərbaycanın müstəqilliyində dünyaya gəlmişlər.

Bu gün söhbət açdığımız  məsələ budur ki,  dövlət tərəfindən doğulduğu gündən bu günə kimi heç bir imtiyaz görməyən xalq, onun sərvətini talayanların başını beynəlxalq aləmdə necə uca etmişdir.
Təəssüflər olsun ki,  Azərbaycan xalqının trilyonlar dəyərində tükənməz sərvəti bu gün dünya bazarlarında satısa da, o gəlirdən İlham Əliyev rejimi bir qəpik belə vətəndaş fonduna aylrmamaqdadır.

Amma 44 günlük müharibə zamanı məmur övladları vətəni qorumağa getmədiyi halda,  həmin o kasıbçılıqla böyüyən,  dövlət tərəfindən heç bir qayğı görməyən gənclər işğal altında olan torpaqlarımızı azad etmişlər. Bu gün şəhidlər, qazilər və müharibə iştirakçıları arasında bir nəfər də olsun məmur övladının olmaması buna bir sübutdur. Buna baxmayraq İlham Əliyev rejimi utanmadan gələcəyin hərbçilərinə məktəbli formasını pulla satmaqdadır. Maraqlısı budur ki,  uşaq pulu verilməyən, təhsilini öz cibi ilə ödəyən,  heç bir dövlət qayğısı görməyən gənclərimiz müharibə zamanı ön xəttə göndərilməkədədir.  Azərbaycan xalqı gerçəklikləri görməli və onların uşaqlarından bu hakimiyyətin necə istifadə etdiyini anlamalıdırlar.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın