Çox heyif

İlham Əliyev Rusiyanın Rostov vilayətində Sambek yüksəklikləri adlı muzeyin açılışı münasibəti ilə Rossiya 1 və Rossiya 24 kanallarına müsahibə verib. Böyük Vətən müharibəsi zamanı Rostov vilayətini azad etmiş 90 faizdən çox Azərbaycanlı olan 416 -cı Taqanroq diviziyasının mühüm rolu olmuşdur.
İlham Əliyev bu müsahibədə açıq -aydın Azərbaycanın müharibə illərində rus imperiyasına necə sadiq qaldığını göstərmək istəyir. Lakin prezident unudur ki, tarix boyu ruslara sadiq qalan Azərbaycan hər zaman Rusiya tərəfindən xəyanətlə üzləşmişdir. Bu xəyanəti tarix boyu görmək çox asandır. Demək istərdik ki, Azərbaycan xalqı tək Rostov vilayətinin azad olunmasında yox,bütün Rusiyanın xilasında mühüm rol oynamışdır. Rus imperiyası uğrunda döyüşən bütün soydaşlarımızın ruhu qarşısında üzr istəyirəm, çox heyif ki, belə bir imperiyaya görə həyatınızdan keçmisiniz.

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: