COVİD-19 virusunun yeni növü aşkarlandı

Yeni növ COVİD-19 ( tac virusu) virusu aşkarlanıb. İlk aşkarlanan virus Böyük Britaniyada qeydə alınmışdır. Yeni virus müəyyən hava şəraitində mutasiyaya uğramışdır. Bu virus 70 faiz daha sürətlə yoluxur və onu müəyyən etməyin çox çətin olduğu deyilir. Yeni növ mutasiyaya uğramış virus Afrika, Avropa qitəsində də sürətlə yayılmağa başlamışdır. Dünyanın bir çox ölkələri Böyük Britaniya ilə hava sərhədlərini bağlamışdır. Bəzi tibb elm adamları yeni virusun daha çox yoluxucu olmasına baxmayaraq , daha az ölümcül olduğunu söyləyirlər. Yeni COVID-19 virusunun bu növünü aşkar etsələr də ,xasiyyətini hələ müəyyən edə bilməmişlər.

Əliəşrəf Məmmədov.

Bunu paylaş: