Con Baydenin tarixi səhvini Türkiyə bağışlamayacaqdır

 

Çox təəssüf. Amerika prezidenti Con Bayden çıxışı zamanı, qondarma “erməni soyqırım” – ı kəlməsini işlətmişdir. Heç bir tarixi əsası olmayan bu qərara, Türkiyə tərəfi etiraz etmişdir. Məsələnin əsas tərəfi hələ qarşıdadır. Con Baydenin bu çıxışında əsasən siyasi notlar olduğu açıq – aşkar görünməkdədir. Bununla da Amerika tarixində ən böyük səhvə yol verildiyini deyə bilərik.

Məsələnin gələcəkdə Vaşinqtona böyük zərbə vuracağını indidən demək olar. Türkiyə Amerikanın Avropa, Asiya, Afrika materiklərində olan ən güclü tərəfdaşlarından sayılır. Bununla Amerika və Türkiyə arasında olan strateji müttəfiqlik düşüncələrinin üzərindən xətt çəkilmiş oldu. Digər tərəfdən isə Türkiyə NATO – nun ən güclü ordusuna sahib bir ölkədir.

Bu incikliyin NATO Alyansına da çatlar verəcəyini gözləmək olar. Con Bayden anlamalıdır ki, bu vaxta qədər Rusiyanın Avropaya hücumunun qarşısını Türkiyə kəsmişdir. Səbəb tək türk ordusunun güclü olmağından getmir. Rusiyanın əhalisinin 50 faizinin türk tayfalarından ibarət olduğu göz qabağındadır. Rusiyanın Türkiyə ilə açıq müharibəyə girməməsinin bir səbəbi də budur. Çünki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan vəzifəyə gəldiyi gündən, Rusiyada yaşayan türk tayfaları ilə münasibətlər yaratmağa başlamışdır. Amerika Türkiyəni itirməklə demək olar ki, Avropanı Rusiyaya bağışlamış olacaqdır. Əgər Türkiyə NATO- dan çıxsa, Avropanın sonu olacağına zəmin yaratmış olar.

Türkiyə Con Baydenin bu çıxışına görə cavab verəcəyini açıq şəkildə qeyd etmişdir. Bu gündən etibarən Amerika və Türkiyə arasında yeni gərginlik yaranacaqdır. Türkiyə artıq Amerikaya olan inamını itirmişdir.

Əliəşrəf Məmmədov.

Bunu paylaş: