Con Baydendən Azərbaycana böyük dəstək

 

Amerika Birləşmiş Ştatlarından illərdir Azərbaycana qarşı tətbiq edilmiş qərəzli mövqe ləğv edilmişdir. Söhbət Azərbaycana qarşı 1992 – ci ildə tətbiq edilən “907”- ci maddədir. “907- ” ci maddə əsasən Amerika tərəfindən, Azərbaycana birbaşa hərbi, iqtisadi, maliyyə yardımlarından imtina edilməsi deməkdir.

Maraqlısı budur ki, həmin maddəni qəbul edənlərdən və qüvvədə saxlanmasında maraqlı olan şəxslərdən biri də Con Bayden olmuşdur. Maraqlısı budur ki, indi Prezident kimi fəaliyyət göstərən Bayden, “907”- ci qərarın ləgv edilməsi sərəncamın imzalayıb.
Azərbaycanın Amerikaya verdiyi terrorla mübarizə dəstəyinə görə isə 2001 – ci ildə bu qərarın müvəqqəti olaraq tam da olmasa, müəyyən qismi ləğv edilmişdir.

Çox təəssüf ki, Amerika kimi demokratik dövlət, illərdir işğalçını deyil, işğala məruz qalanı çəzalandırırdı. Amerika tərəfindən “907”- ci maddənin ləğv edilməsi, gələcəkdə Azərbaycanla yaxın əlaqələr yaradılmasının bir işarəsidir.

Mikayıl Əsədov.

Bunu paylaş: