Con Bayden Türkiyə ilə bağlı Avropaya göstəriş verdi

 

Amerika prezidenti Con Bayden bütün müttəfiqlərinə Türkiyə ilə əməkdaşlığı genişləndirməyə göstəriş vermişdir. Əvvəlki prezidentlərdən Barak Obama və Donald Trampdan fərqli, Bayden Türkiyənin ən önəmli müttəfiq olduğunu anlayır. Türkiyənin Afrika, Asiya, Mərkəzi və Şərqi Avropada artan nüfuzu Vaşinqtonu yenidən düşünməyə vadar etmişdir. Bayden gözəl anlayır ki, dünyanın bir neçə bölgəsində Türkiyə Rusiya ilə açıq şəkildə qorxmadan mübarizə aparmaqdadır. Bayden bu səbəbdən Avropaya, Türkiyə ilə aralarındakı problemi tez bir zamanda həll edilmək və yenidən normal münasibətlərə dönmək göstərişini vermişdi.

Bir tərəfdən isə dəfələrlə söylədiyimiz kimi, Avropanın təhlükəsizliyi Türkiyədən keçməkdədir. Bu və bir çox səbəbləri nəzərə alaraq, Amerika Türkiyəni itirmək istəmədiyini bir daha vurğuladı. Rəsmi Ankara isə müttəfiqlərində siyasi düzgünlük istədiyini ortaya qoymuşdur. Rəcəb Tayyib Ərdoğan, kimlərinsə Türkiyənin arxasından iş çevirməyinə icazə verməyəcəyini dəfələrlə açıq şəkildə söyləmişdir. Təsəvvür edin; Türkiyə Suriya, İraq, Liviya, Mərkəzi Asiya, Afrika, Qafqaz və s kimi bölgələrdə mübarizə aparmaqdadır. Daxildə isə xaricdən maliyyələşən bəzi terror qruplarına sinə gərməkdədir. Dünyada belə vəziyyətlərlə üzbəüz olan başqa bir ölkə yoxdur. Amerika prezidenti bu məsələləri vaxtında dəyərləndirdi.

Digər tərəfdən isə, Qərb və Rusiyanın müharibəyə doğru getdikcə yaxınlaşmasıdır. Hər iki tərəf anlayır ki, Türkiyə kimin tərəfində olacaqsa, müharibədən qalib gəlmək şansı böyük olacaq.Türkiyənin gücünü Qərbdən əvvəl anlayan Putin, illərdir Ankara ilə hərbi müttəfiq olmaq üçün çalışır. Son vaxtlar Qərblə Türkiyə arasında yumşalmanı görməkdəyik və inanırıq ki, bu mehriban müttəfiqlik davamlı olacaqdır.

Mikayıl Əsədov.

Bunu paylaş: