Con Bayden İlham Əliyevə göndərdiyi “Novruz” təbrikində hansı mesajları verir…

 

Con Baydenin İlham Əliyev və Azərbaycan xalqına “Novruz bayramı” təbrikləri göndərməsi gündəmi zəbt etmişdir. Bəziləri Amerikanın İlham Əliyevin siyasəti nəticəsidə, Azərbaycanla yaxınlaşmasını qabartmaq istəyirlər. Təbii ki, bu məsələdə ölkə başçısını qəhrəman kimi göstərənlər bilməlidir ki, İlham Əliyev Prezident çalışdığı vaxtdan, bu günə kimi siyasətində dəyişiklik etməyib. Yəni yaxınlaşma olsaydı bundan əvvəlki vaxtlarda baş verərdi. Yəni İlham Əliyevin Amerika ilə əlaqələri də siyasəti absurddur.


Qayıdaq məktuba; bu məktubda əsas diqqət çəkən məqam “enerji” əməkdaşlığıdır. Con Baydenin bu mətndəki siyasi sözlərini bir az təhlil edək. Bundan sonra bu məktubda yazılan gələcək, İlham Əliyevin siyasətindən asılı olacaqdır, yəni bu məktub Azərbaycan üçün yaxşı və ya pis gələcək bəxş edə bilər.
Keçək bu məktubun əsas siyasi təhlilinə. Azərbaycana bu məktub göndərildiyində, təxminən eyni vaxtda Con Bayden Rusiyanın ” Şimal Axını-2″ qaz kəmərinə sanksiya tətbiq etmişdir. Həmin məktubda isə Bayden, əsasən Azərbaycanla “enerji” əməkdaşlığına qiymət vermişdir.

Məktubda ölkədə gedən prosedurlardan qısaca söz açmışdır.. Yəni Con Bayden bununla İlham Əliyevə bildirmək istəyir ki, bizim yolumuzla getdiyiniz halda, əməkdaşlığımız güclənəcəkdir, əks təqdirdə isə Rusiya kimi sizi də sanksiyalar gözləyə bilər. Con Bayden rus kəmərinə sanksiya tədbiq etməklə Azərbaycana yol açmış oldu. Hər şey bundan sonra bəlli olacaqdır. İlham Əliyevin Qərbə doğru istiqamət almaqdan başqa çarəsi yoxdur. Qərbində yolu demokratiya və insan haqlarından keçir. İlk öncə İlham Əliyev ölkədə korrupsia, rüşvətxorluq, məmur öz başınalığı kimi nöqsanları yığışdırmalıdır.

Yox, əgər prezident İlham Əliyev bu dəfə də Kremli seçsə, Azərbaycan gələcəkdə böyük sanksiyalarla üzləşəcəkdir. Con Baydenin məktubunda gizlənən gerçəklik budur.

 

Mikayıl Əsədov.

 

Bunu paylaş: