Co Baydenin məktubunu hakimiyyət bayram kimi qeyd edir

Amerika Prezidenti Co Bayden “Novruz” bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. O, yazdığı məktubda “Biz yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik” sözünü əlavə etmişdir.

Azərbaycan hakimiyyəti bu cümləni bayraq edərək, sanki Amerikanın birbaşa ölkəmizə yeni imkanlar açdığını qeyd edirlər. Hakimiyyətin siyasətçiləri, məmurları, digər qurum üzvləri bu yazıdan sonra, Novruz bayramını unudaraq bu günü Co Bayden bayramı kimi təqdim etmək istəyirlər.
Sanki dünya 360 dərəcə dəyişmişdir, bütün media orqanları belə bir başlıqlar- “Co Bayden İlham Əliyevə məktub yazdı” deyərək bağırır.

Hörmətli oxucular, İlham Əliyev diktator əməllərindən əl çəkməsə, heç bir Qərb demokratları bizimlə səmimi olmayacaqdır. Demokratlar Azərbaycana bir enerji ortağı kimi baxırlar. Enerji sahəsindən başqa Azərbaycanla Qərb arasında heç bir anlaşmanın olmadığının illərdir ki, şahidi oluruq.

Digər tərəfdən Co Baydenin məktubunu bu dərəcədə şişirtmək lazım deyil. Əgər Amerika Azərbaycanla əlaqələr yaratmaq istəsə, bunu digər yollarla edə bilər. Bir sözlə hansısa bayram təbrikini, siyasi məsələ kimi istifadə etmək ağılsızlıqdır. Azərbaycan rejimi öz əqidəsini dəyişməsə heç vaxt Amerikadan açıq dəstək görməyəcək. Demokratların bir nömrəli düşməni diktatorlardır!

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın