Co Baydenin Çinə cavabı gecikmədi

Tayva məsələsinə görə Çinlə Amerika Birləşmiş Ştatları arasında gərginlik artmaqdadır.
Rəsmi Pekin bu dəfə Tayvanın hava məkanını 30 döyüş təyyarəsi ilə pozmuşdur. Tayvan Çinə xəbərdarlıq edəndən sonra, döyüş təyyarələri geri qayıtmışdır.

Hərbi cəhətdən baxsaq görərik ki, rəsmi Pekinin bu addımı kəşfiyyat xarakterlidir. Kommunistlər dəfələrlə Amerikanın Tayvana müdaxilə etməsinə görə bu kimi xəbərdarlıqlar etmişdirlər. Üstəlik də Çin Tayvanla sərhəddə çoxlu sayda hərbi güc toplamaqdadırlar.

Hərbi ekspertlər qeyd edib ki, kommunistlərin bu addımı yaxın zamanda müharibə olacağı ehtimalını artırır. Hələlik vəziyyət gərgin olaraq qalmaqdadır. Demək olar hər iki tərəf diplomatik əlaqələri dayandırmışdır.

ABŞ prezidenti Co Bayden isə, öz çıxışı zamanı Çinin bu addımının yolverilməz olduğunu bildirib. Daha sonra qeyd edib ki, əgər rəsmi Pekin öz ordusuna müharibə əmri versə, bu zaman, Amerika Tayvanı müdafiə edəçəkdir.

Tayvan tərəfi də ordusunu döyüş vəziyyətinə gətirdiyini elan edib. Görünür, kəşfiyyat materialları yaxın vaxtlarda müharibənin başlanacağından xəbər verir.
Bu gün kommunistlərini 30 təyyarə ilə Tayvanın hava məkanın pozması çox çiddi xəbərdarlıqdır. Əgər bölgədə müharibə başlayarsa, Şimali Koreya, Cənubi Koreya, Yaponiya, Hindistan, Pakistan, Yeni Zelandiya, Avstraliya, Yaponiya, Çin, Amerika, Rusiya NATO ölkələridə müharibəyə cəlb edilə bilər. Bu isə, böyük fəsadlara hətta, dünyanın yarımcan olmasına gətirib çıxaracaqdır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın