Co Bayden Ukraynaya gizli səfər edib?

Bir neçə gün əvvəl Amerika Birləşmiş Ştatlarının birinci xanımı Cill Bayden Ukraynaya səfər etmişdir. Səfər zamanı bir çox dövlət xadimləri ilə görüş keçirilmişdir və bölgədə olan vəziyyət müzakirə edilmişdir.
Bu görüşün belə müəmmalı olması diqqətimizdən yayınmadı.

Co Baydenin həyat yoldaşı Cill Baydenin Kiyevə səfəri zamanı Rusiya Müdafiə Nazirliyi, Amerikaya məxsus Polşadan Ukrayna ərazisinə uçan silah daşıyan yük təyyarəsini vurduqlarını bəyan etdi. Amerika bu xəbərə münasibət bildirməsə də, Rusiya vurduqlarını rəsmən qeyd etmişdir.

Diqqətimizi çəkən daha bir qaranlıq məqam isə, Amerikanın birinci xanımının müharibə zamanı Ukrayna ərazisinə səfəridir. Bu addımla Qərb Ukraynaya tam dəstəyini göstərmək istəyir.

Məsələ burasındadır ki, niyə həmin ərəfədə Rusiya Amerika təyyarəsinə hüçüm etmişdir?
Şübhələr var ki, Cill Baydenlə birgə Co Bayden də Ukraynaya səfər etmişdir. Bu səbəbdən Rusiya Amerika təyyarələrinə hücum etmişdir.
Co Baydenin Kiyevə gizli səfəri təhlükəsizliklə də bağlı ola bilərdi. Ən azından Pentaqon anlayır ki, Rusiya Ukraynanın hava məkanını ciddi şəkildə izləməkdədir.
Amerika prezidentinin həmin ərəfədə gözə dəyməməsi də buna bir sübutdur.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın