Cinli nazir Amerikanı sərt tənqid etdi

 

Yeni Amerika rəhbərliyi hiss olunur ki, dünyada yeni siyasi yol qurmağa çalışır. Əvvəllər rəqib ölkələrlə üçüncü tərəfin köməyi ilə əlaqə qurulurdusa, son zamanlar təmaslar birbaşa icra edilir. Buna misal olaraq İran, Şimali Koreya, Çin və.s kimi ölkələri qeyd edə bilərik.


Bir neçə gün əvvəl Amerika və Çin diplomatlarının arasında görüş baş tutmuşdur. Bu görüş öz gərginliyi ilə yadda qalmışdır. Həmin görüşdə Çinin Xarici İşlər naziri Van İ Amerikanı sərt tənqid etmişdir. Bu görüşdə çinli XİN Vaşinqtondan sanksiyaların dayandırılmasını tələb etmişdir. Rəsmi Pekin Amerikanın iqtisadiyyatına və nəqliyyat sisteminə tədbiq etdiyi sanksiyaların dərhal dayandırılmasını, sonra ikitərəfli normal münasibət qurulacağını bildirmişdir.

Artıq bir neçə vaxtdır ki, Amerika həm ixracat mallarına , həm də bəzi dəniz yollarına görə Çinə sanksiya tədbiq etmişdir. Bu səbəbdən Çin iqtisadiyyatında geriləmə baş vermişdir.
Bu görüşdə Çin nümayəndəsi qəzəbli şəkildə zaldan jurnalistləri çıxarmış və bağlı qapılar araxasında görüş davam etmişdir. Hələlik görüşün nəticələri barəsində hər iki tərəf mətbuata açıqlama verməmişdir. Yaxın bir zamanda daha bir görüşün olacağı nəzərdə tutulur.

Mikayıl Əsədov.

Bunu paylaş: