Cinin bölgədə planı nədir?

 

Görünür, yaxın bir vaxtda Suriyada vəziyyət dəyişə bilər. Görəsən, Suriyadakı vəziyyətin dəyişməyi kimlərə sərf edir? Bir necə gün əvvəl Türkiyənin nəzarət etdiyi Suriya ərazisinə raket zərbələri ilə hüçum olmuşdur. Nəticədə 3 mülki şəxs həlak olmuş 20 nəfər isə yaralanmışdır. Cavab atəşi olaraq dünən Türkiyə Bəşər Əsədə aid bölgəyə zərbələr endirmişdir. Raket zərbəsi nəticəsində 18 nəfər həlak olmuş, çoxlu sayda isə yaralı vardır. Görəsən, bu vəziyyət kimə sərf edir? Bir tərəfdən isə Ukrayinada da vəziyyət gərginləşməyə doğru gedir. Bir müddətdir ki, Ukrayina ordusu ilə rus meyilli qüvvələr  arasında toqquşmalar baş verməkdədir. Bu bölgələr də isə Cinin təsir gücü olduğu heç komdə şübhə yaratmır.

Yəqin ki, bu məsələləri siyasi yolla araşdırsaq, daha yaxşı olardı. Bu məsələdə bir az geriyə qayıtmaq istərdik – Çin və Amerika əlaqələrinə. Amerikanın Çinə qarşı həm daxildə, (Tibet bölgəsi, Doğu Türküstan bölgəsi və s. ) həm də xaricdə Hindistan, Yaponiya ilə təzyiq etməsi rəsmi Pekinin xoşuna gəlməmişdir. Bunlara cavab olaraq Çin Rusiyanı Avropa və Amerika ilə doqquşdurmaqla hər üç tərəfi zəyiflədmək istəyir.

Bu məsələdə rəsmi Pekin kommunistləri, hər şeyi gizlin həyata keçirmək istəyirlər, necə ki, Myamnada bu yaxınlarda dövlət cevrilişi etdilər. Pandemiya zamanından maliyyə cəhətdən səifləyən Çin, rəqiblərini öz vəziyyətinə salmaq niyyətindədir. Ukrayna və Suriya cəbhəsi Amerika və NATO-nu Rusiyaya qarşı qoymaq üçün ən yaxşı əlverişli yerdir.
Bu təhlilin İkinci hədəfi isə, hər iki tərəfdə döyüşən, Türkiyə ola bilər. Həm “S 400” problemi, həm də hərbi sənayedə güclənən Türkiyəni bölgədə heç kim istəmir.  Bu barədə qərb siyasətçiləri dəfələrlə mətbuatda açıq etirazların bildirmişlər.

Mikayıl Əsədov.

Bunu paylaş: