Ceyhun Bayramov ve Sergey Şayqu geri əliboş döndülər

Hörmətli oxucular, sizlərə bir müddət əvvəl Türkiyə və Azərbaycan arasında böyük silah satışından söz açmaq istərdim. Azərbaycanın ən çox silah aldığı ölkə, Azərbaycan bazarının itirilməsindən çox məyus olaraq, iyulun 12 -də bizə qarşı Ermənistanın əli ilə təzyiq maşınını işə saldı. Bir şeyə nail ola bilməyəcəyini görərək məcbur masada bu məsələni aydinlaşdırmağa çalışır.
Xatırlatmaq istərdim ki, Tovuz döyüşləri dayanandan sonra Azərbaycan Müdafiə Naziri Zakir Həsənov və Xarici İşlər Nazirimiz Ceyhun Bayramov Türkiyəyə səfər etdi. Hər iki nazir Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanla məsləhətləşmələr apardılar.
Bir neçə gün əvvəl isə Ceyhun Bayramov Moskvada Rusiyalı həmkarı Sergey Lavrovla, paralel olaraq isə Rusiyanın Müdafiə Naziri Sergey Şayqu Bakıda Zakir Həsənov və prezident İlham Əliyevlə görüşdü. Hər iki görüş başa çatdıqdan sonra, Sergey Lavrov bəyan edərək ATƏT-in Minsk qrupu heyətinin dəyişdirilməsinin qaçılmaz olduğunu dedi. Bu isə gələcəkdə daha çox Kremlin bizə qarşı təxribatlarının güclənməsinə işarədir. Yəqin ki, Sergey Şayqu Bakıda Rusiyadan silah alımına İlham Əliyevdən rədd cavabını alıb.
Biz anlamırıq ki, torpaqları işğal altında olan Azərbaycan niyə işğalçı Rusiyadan icazə almalıdır?
Bu hakimiyyətin bu qədər qorxaqlığı və siyasətsizliyi bizim Azərbaycanı uçuruma aparır. Yəni Rusiya öz köhnə malını bizə sata bilmədi, biz isə istədiyimizi ala bilmədik.

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: