Ceyhun Bayramov və Antonio Quterreş Qarabağı müzakirə etdilər

Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov və BMT baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutmuşdur. Söhbət zamanı Ceyhun Bayramov BMT baş katibinə işğalçı Ermənistanın Azərbaycan torpaqlarında törətmiş vəhşiliklərindən və vandalizimindən məlumat vermişdir. Artıq bir neçə gündür ki, ermənilər boşaltmaqda olduqları Laçın, Kəlbəcər və Ağdam şəhərlərində bütün infrastruktura ziyan vurmaları və bəzi yerləri yandırmaları barəsində söhbət getmişdir. Öz növbəsinde BMT baş katibi Antonio Quterreş bu barədə məlumata görə minnətdarlığını bildirmişdir və qısa zamanda tədbir görüləcəyini bildirmişdir. Sonda iki tərəf arasında beynəlxalq səviyyədə tanınan Azərbaycanın qaçqın və köçgünlərinin öz evlərinə geri dönmələri, BMT tərəfindən icra olunan razılaşmaya əsaslanmışdır.

Mikayıl Əsədov.

Bunu paylaş: