Ceyhun Bayramov Mayk Pompeo ilə görüşüb

Dünən Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına səfəri zamanı dövlət katibi Mayk Pompeo ilə görüşüb. Bu görüş zamanı Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Ceyhun Bayramov Mayk Pompeoya, Azərbaycanın öz torpaqlarının azadlığı uğrunda başlatdığı haqlı savaşı, BMT-nin dörd qətnaməsində də əks olduğunu bildirmişdir. Ceyhun Bayramovun öz növbəsində Ermənistanın artıq 30 ildir danışıqlar prosesində maneələr yaratdığını bildirərək, artıq danışıqların davam etdirilməsinin mənasız olduğunu və yaxud Azərbaycanın haqlı tələblərini qəbul etdikdən sonra danışıqlar baş tutacağını söyləmişdir. ABŞ dünyada anti-terror əməliyyatları keçirən bir ölkə kimi hansı mövqe tutacağı demək olar ki, aydındır. Öz növbəsində Ceyhun Bayramovdan sonra ABŞ katibi Mayk Pompeo, Ermənistanın XİN Zöhrab Mnatsakanyanı qəbul etmişdir.

Rəşad Şıxəliyev.

 

Bunu paylaş: