Ceyhun Bayramov Karen Donfridə 10 noyabr bəyanatını xatırlatdı…

Aldığımız xəbərə görə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid və Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutmuşdur. Bu telefon görüşünün əsas məqsədi bölgədə baş verən Ermənistan təxribatlarının artmasıdır.
Amerika dövləti katibi telefon danışığı zamanı ikitərəfli münasibətlərin sülh yolu ilə həll edilməsinin vacibliyini bildirmişdir.

Lakin Azərbaycan XİN Ceyhun Bayramov xanım Karen Donfridə Azərbaycan torpaqlarında erməni silahlı birləşmələrinin varlığının qəbul edilməz olduğunu bildirmişdir. Daha sonra o, Ermənistan tərəfinin 10 noyabr bəyanatına əməl etməməyini və bununla bağlı heç bir beynəlxalq tədbir görülməməsini qeyd edib.

Görünür, Amerikalı dövlət katibinin təcili Azərbaycan və Ermənistana zəngi bölgədə hər an başlaya biləcək müharibə riskinin azalmasına görədir. Azərbaycan tərəfi isə, beynəlxaq hüquq çərçivəsində öz mövqeyini açıq şəkildə Vaşinqtona bildirmiş oldu.

Təbii ki, son günlər Azərbaycan Ermənistan sərhəddində və Rusiyanın müvəqqəti yerləşdirildiyi torpaqlarımızda artan erməni həyasızlığı və təxribatı rəsmi Bakını məcbur edir ki, bölgədə yeni anti-terror əməliyyatları başlasın.

Bundan qorxuya düşən Ermənistan rəhbərliyi köhnə adətləri olan yalvarış taktikasına keçərək Amerika üzərindən Azərbaycana təzyiq etmək istəmişlər. Nəticəsi isə, göz qabağındadır. Azərbaycan tərəfi qəti və sərt şəkildə qeyd etdi ki, 10 noyabr bəyanatına Ermənistan tərəfi əməl etməsə, bölgədə sülhə nail olunmayacaq. Bir sözlə, demək olar ki, Paşinyan hakimiyyətinin Vaşinqton yalvarışları da hədər getdi. Qeyd edə bilərik ki, erməni lobbisi Karin Donfrid vasitəsilə Azərbaycana təzyiq edə biləcəyini düşünsə də, rəsmi Bakı onları əks – hücumda yaxaladı. Ceyhun Bayramovla danışıqdan sonra dövlət katibi Ermənistanın XİN – i Ararat Mirzoyanla telefonla təcili danışıqlar aparmış, çox güman kı Bakının haqlı mövqeyini onlara çatdırmışdır. Hər şey Ermənistanın bundan sonra atacağı adımdan asılıdır!

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın