Cenevrə görüşünün nəticələri

Dünən İsveçrənin Cenevrə şəhərində Azərbaycan, Ermənistan və ATƏT-in Minsk qrupunun üzvlərinin, Dağlıq Qarabağda vəziyyətin nizamlanmasına aid görüşləri baş tutmuşdur. Azərbaycanı və Ermənistanı Xarici İşlər Nazirləri Ceyhun Bayramov və Zohrab Mnatsakanyan təmsil etmişdir. Görünür görüş 6 saatdan çox çəksə də, görüşün əsas nəticəsi mülki əhaliyə qarşı təxribatların dayadırılması olmuşdur. Lakin bu bəyanatlara işğalçı Ermənistan əməl edəcəkmi? əsas məsələ budur. Son bir ayda dəfələrlə humanitar atəşkəs olsada, işğalçı Ermənistan Azərbaycanın mülki əhalisinə terror etməklə pozmuşdur. Artıq rəsmi Bakı özünü qalib kimi hiss etdiyi üçün 30 ilin siyasətini yürütməyə başlamışdır, yəni danışıqlar xatirinə danışıqlar. Indi bir az da işğalçı Ermənistan və yiyələri düşünsünlər. Hələ belə mənasız danışıqlar Azərbaycan üçün çox olacaq.

ATƏT-in Minsk Qrupunun bəyanatı

1. Həmsədrlər tərəfləri dərhal humanitar atəşkəs də daxil olmaqla, götürdükləri öhdəliklərə tam əməl etməyə çağırırlar

2. Tərəflər beynəlxalq humanitar hüquqa uyğun olaraq qəsdən mülki və ya qeyri-hərbi hədəfləri hədəf almayacaqlar

3. Tərəflər BQXK-yə lazımi təhlükəsizlik zəmanətini verərək döyüş sahəsindəki qalıqların toplanmasında və mübadiləsində fəal iştirak edəcəklər.

4. Tərəflər bir həftə ərzində BQXK-ya giriş və mümkün mübadilə üçün həbsdə olan əsirlərin siyahısını təqdim edəcəklər.

5. Tərəflər 10 oktyabr birgə bəyanatının 2-ci bəndinə uyğun olaraq atəşkəsin təsdiqlənməsi üçün mümkün mexanizmlərlə bağlı yazılı şərh və suallar təqdim edəcəklər.

6. Tərəflər 10 oktyabr birgə bəyanatının 3-cü bəndinə uyğun olaraq hərtərəfli həllin əsas elementləri ilə bağlı mövqelərini aydınlaşdırmağa yönəlmiş açıq və əsaslı danışıqlar aparacaqlar.

Mikayıl Əsədov.

Bunu paylaş: