Cavanşir Feyziyev İngiltərəyə 5.3 milyon funt-sterlinq ianə etdi

 

Bildiyiniz kimi, bir müddət əvvəl Milli Məclisin deputatı Cavanşir Feyziyevin yaxınlarının adı, Böyük Britaniyada çirkli pulların yuyulmasında hallanırdı. “Westminster Magistrates” Məhkəməsinin qərarı ilə, Cavanşir Feyziyevin ailəsinin adında olan 15.3 milyon funt-sterlinqdən 5.3 milyonu müsadirə olunmuşdur. Xəbərə görə 5.3 milyon funt-sterlinq qanunsuz olaraq Azərbaycan Milli Bankından köçürülmüşdür.

Məsələyə aydınlıq gətirən deputat qeyd edib ki, həmin pul vəsaiti bir neçə il bundan əvvəl Milli Bankda baş vermiş problemlər vaxtı köçürüldüyündən, İngiltərə məhkəməsi bunu qanunsuz hesab etmişdir.
O, ailəsinin adında qalan 10 milyon funt-sterlinqi, Litva və Latviyada biznes məqsədi ilə ödədiyini söyləmişdir.

Fikir versəniz, Cavanşir Feyziyevin sözlərində qaranlıq məqamların olduğunu görəcəksiniz.
İlk növbədə, niyə Azərbaycan Respublikasının Milli Bankı hansısa deputatın ailə üzvlərinin adına pul köçürtməlidir?.
Digər tərəfdən, 2000-3000 manat aylıq əmək haqqı olan deputatda 10 milyon funt-sterlinq haradandır?
Görünür, Feyziyevlər ailəsi, hakimiyyətin hansısa biznesini qoruyan insanlardır.
Artıq neçənci dəfədir ki, İlham Əliyevin qohumlarının adları Böyük Britaniyada çirkli pulların yuyulmasında hallanır.

Məsələnin maraqlı tərəfi isə, hakimiyyət nümayəndələri bir dəfə də olsun Çavanşir Feyziyevi beynəlxalq səviyyədəki biabırçığa görə ittiham etmədilər. Görünür, sifariş yuxarıdan gəlməkdədir.
Bu gün İlham Əliyev və hakimiyyəti Azərbaycan xalqına məxsus sərvəti bu cür bağışlamaqdadır.

Sonda Böyük Britaniya məhkəməsi hələlik istintaqın davam etdiyini qeyd edir. Deyə bilərik ki, zadəganlar bu cür gəlirli işi əldən buraxmayacaqlar.
Yaxın zamanda hakimiyyətin yeni korrupsiya şousunu Böyük Britaniyada daha çox görə biləcəyik.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın