Cahangir Əsgərov işdən çıxarılır?

 

 

Azərbaycan prezidenti İlham Əliyev yeni Müşahidə Şurası yaradılmasına göstəriş vermişdir. MŞ-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyevi sədr təyin etmişdir. Rəşad Nəbiyev birbaşa Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL), “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti və Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətə nəzarət edəcəkdir. Burda diqqət çəkən məqam odur ki, İlham Əliyev dəfələrlə bu qurumların işindən narazı olduğunu dilə gətirmişdir.

 

Bu səbəbdən bir müddət əvvəl həmin qurum və cəmiyyətləri Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verməsi özü bir sübutdur. Burda əsas diqqət çəkən məqam isə AZAL-ın sədri Cahangir Əsgərovdur. Dəfələrlə İlham Əliyev Əsgərovun işindən
öz narazılığını dilə gətirmişdir.
Dəfələrlə AZAL-ın ucuş qiymətlərindən insanlar narazıçılıq etsə də bir nəticə olmamışdır. Həm daxili, həm xarici uçuş biletləri AZAL – da ən baha qiymətə satılmaqdadır.

Rusiya Azərbaycan sərhəddində vətəndaşlarımızın qalma səbəbləri…

Artıq bir müddətdir ki, Azərbaycan – Rusiya sərhəddində qalan Azərbaycan vətəndaşlarının da günahı birbaşa İlham Əliyev və Cahangir Əsgərovun üzərinə düşür. Bu səbəbdən belə vəziyyəti yaradıblar ki, heç kim şimaldan ucuz yolla ölkəmizə daxil ola bilməsin. Məqsədləri AZAL – ın baha qiymətli biletlərini kasıb xalqa sırımaqdır. Bir ilə yaxındır ki, orda qalan Azərbaycan vətəndaşları çox təəssüf ki, öz doğma vətəninə hələ də daxil ola bilmirlər. Necə olur ki, Pandemiya ilə əlaqədar Moskva – Bakı biletlərini həmin zaman 1000 manata xalqa satmışdırlar. Lakin Rusiyadan Azərbaycana keçmək istəyən həmvətənlərimizi isə pandemiya deyib sərhəddə saxladılar. Bu bir oyundur və bu oyunun başında İlham Əliyev və Cahangir Əsgərov durmuşdur.

İlham Əliyev AZAL – ı nəzarətə götürdükdən sonra, hər an Cahangir Əsgərovu istefaya göndərə bilər. Artıq bu cür insanlardan xalq təngə gəlmişdir.

Mikayıl Əsədov.

Bunu paylaş: