Cənub qonşumuzun növbəti xəyanəti

 

Adı, İran İslam Respublikası (İİR), lakin özü islama ləkə olan cənub qonşumuz 24 aprel tarixində Azərbaycana, o cümlədən bütün türk dünyasına qarşı öz ənənəvi xəyanətini etmişdir.
Belə ki, heç vəchlə cənubda yaşayan soydaşlarımıza Xocalı soyqırımını kütləvi şəkildə geyd etməyə imkan verməyən bu türk düşməni – fars – molla rejimi həmin gün İranda yaşayan ermənilərə qondarma soyqırımı təntənəli şəkildə, hətta İranın bir neçə şəhərində qeyd etməyə şərait yaradılmışdır.

Həmin tədbirlərdə Azərbaycan və Türkiyə bayraqlarının yandırılması xəbərlər də gəlir ki, bu da İranın türklərə qarşı olan nifrətininin bariz bir nümunəsidir.
Bu günlərdə isə, İranın xarici işlər naziri Cavad Zərif “İranda türk yaşamayır, sadəcə türk dilində danışan iranlılar yaşayır” deyib.
Qeyd edək ki, İİR dövləti, orada yaşayan azərbaycanlı türklərin assimilyasiyası üçün yüz illərdir ki, əsil aparteyid siyasəti aparır və nə qədər acı da olsa, çox təəssüf hissi ilə qeyd etməliyik ki, İran rejimi öz niyyətinə böyük ölçüdə nail də olubdur. Bu gün İranda özünün türk yox, “iranlı” sayan xeyli etnik türk yaşayır və hətta türk olduğu halda, özünü “türkcə danışan” fars sayanlar da var.
Cavad Zərifdən söz düşmüşkən,
dünən bir çox xəbər portalında yayılmış xəbərə görə, vaxtilə C. Zərif ilə İranın ABŞ tərəfindən qətlə yetirilmiş generalı Qasım Süleymanı arasında kəskin qarşıdurmalar olub.

Bu barədə olan beş saatlıq səs yazısının üç saatlıq hissəsi mətbuatda sızdırılıb və bu da seçkiqabağı İranda şok effekti yaradıb. Göründüyü kimi, erməni xislətli bu molla – fars rejimi nəinki qonşularına, hətta öz xalqına da xəyanət edir.
Bu gün də Azərbaycanda İİR- nin təbliğatına uyan minlərlə insanlarımız vardır ki, onlar hələ də bu təbliğatın təsirindən qurtula bilmirlər.
Təəssüf!!!

Şahin Şirvanlı.

Bunu paylaş: