Cənab səfir, birazda demokratiyadan daniş.

Hörmətli oxucular, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Li Litzenberger brifinq zamanı ölkəmizin enerji siyasətini dəstəklədiklərindən və Azərbaycana ildən-ilə artan maraqdan söhbət açmışdır. Bu, rəsmi olaraq Amerikanın Azərbaycana illərdir bu siyasətlə yanaşmağının göstəricisidir.
Niyə Amerika kimi bir dövlət Azərbaycanda vətəndaş hüquqlarının pozulmasını dilə gətirməyib? Hər kəs bilir ki, Amerika bütün dünyada demokratiyaya həssas yanaşan bir ölkədir.
Avropa və Amerikanın Azərbaycana tək enerji sahəsi kimi yanaşması bizdə çox təəssüf hissi doğurur. Yəqin cənab Li Litzenbergerin Azərbaycanda baş vermiş insan haqları, korrupsiya və rüşvətxorluq pozuntularından bu qədər yan keçməsi nəyə işarədir? İnanırıq ki, yaxın zamanda Amerika və Avropa, Ukrayna, Gürcüstan və Belarusiyada insan haqlarını dəstəklədikləri kimi ,bizim xalqı da dəstəkləyəcəklər.

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: