Cəmiyyətin əksiklik kompleksi

 

Kommunizm qadın gücünü siyasi bazara soxduğu kimi, neoliberal kapitalizm də qadınların alıcılıq gücünü qlobal bazara soxmaqda maraqlıdır. Azad qadın həm də bədxərc müştəri deməkdir. Bu gün nəhəng ticarət mərkəzləri, onlayn satış şirkətlərinin müştəri xidmətləri ərinin, məşuqəsinin, oğlunun, atasının (qismən də özünün) pulunu ehtiyyacı oldu-olmadı cürbəcür şey-şüylərə xərcləyən, neoliberal kapitalizmin xoşbəxtlik duyğularına xitab edən reklamları ilə nəfəs alan azad qadınlarla dolub-daşır. İldə bir dəfə ayaqqabı alan kişi ilə hər toya təzə paltar alan qadının alıcılıq qabiliyyətini müqayisə etmək belə gülüncdür. Belə kişilərlə nəinki qlobal bazar, heç məhlə dükanı da işlətmək olmaz. Neoliberal kapitalizm anlayır ki, onun dişi müştərilərinə pul xərcləməkdə rahat mühitlə yanaşı, azad mühit də lazımdır.

Odur ki, bütün günü televizorlarda, konsertlərdə hər mahnını ayrı paltarda oxuyan, seks köləsi olduğu iş adamını tərifləyən, hər kəlməsi, hər jesti ilə həmcinslərini bazara yönləndirən quşbeyin “sənətçi arvadlar” təbliğ olunur. Televizor qarşısında, konsertlərdə, istirahət yerlərində bu geyinib-soyunma, soyunub-öyünmə ilə milyonlarla tamaşaçı qadında əksiklik kompleksi yaradılır. Bu əksiklik kompeksi isə get-gedə psixoloji problemə çevrilib, ən yaxşı halda boşanmalar, ən pis halda isə ər-arvad bıçaqlaşmaları ilə başa çatır. Bu cinsi münaqişələrin əsl səbəbi qlobal bazara xidmət edən neoliberal axmaqlıqlardır. Bədənlər paltarlara qurban verilir.

Ülvi Novruzov.

Bunu paylaş:

Bir cavab yazın