Cəbrayılımız işğaldan azad edildi

Cəbrayıl rayonu 1993 – cü il avqustun 23- də Ermənistan tərəfindən işğal edilmişdir. Rayonu işğal edən quldur ermənilər 400 nəfərə yaxın Cəbrayıl dinc əhalisini qətlə yetirmişlər. İşğal zamanı yüzlərlə tarixi abidələr dağıdılmışdır.
Nəhayət ki, 4 oktyabr 2020 – ci il tarixində Cəbrayıl rayonu öz doğmalarına qovuşdu. Şanlı Ordumuz düşməndən daha bir rayonumuzu azad etdi. Gözü yolda olan Cəbrayıl, həsrətin bitdi, xalqın sənə qovuşdu, sən də xalqına.
Hələ işğalda olan rayonlarımız var, amma biz tam ürəklə inanırıq ki, tez bir zamanda onların da azad olması sevincini xalqımız yaşayacaq. Qarabağ bizimdir, bizim olacaq. Yaşa Azərbaycan Əsgəri.

Mikayıl Əsədov.

Bunu paylaş: