CİA-nın rəhbəri Paşinyandan izahat tələb edəcəkdir

Amerika Birləşmiş Ştatlarının Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Uilyam Berinsin Ermənistanda rəsmi səfərdədir. Səfər çərçivəsində erməni Baş Nazir Nikol Paşinyan Amerikalı nümayəndəni qəbul etmişdir.
CİA-nin rəhbərinin İrəvana səfərinin gizlinləri səbəbini sizlərlə araşdırmaq istərdik.

Fikrimizcə, bu səfərin səbəblərindən biri Rusiyanın Ermənistan ərazisində yeni hərbi baza yaratmasıdır. Bilirik ki, Qafqazda Rusiyanın hərbi gücünün artırılması Qərbi narahat etməkdədir.

İkincisi, Rusiyanın Yaxın Şərqdən Ermənistan ərazisini tranzit kimi istifadə edərək Ukraynaya hərbi güc göndərməyidir. Üstəlik də Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və bu müharibədə dolayısıyla Rusiyanın işğalçılığına dəstək verənlərdəndir.

Sonuncu səbəb isə, İrandır. Uilyam Berinsi Amerikanın İrana hücum etdiyi təqdirdə Ermənistanın hansı mövqedə olacağı maraqlandırır. Üstəlik də Amerika bu müharibədə Ermənistan ərazisindən istifadə edə biləcəkmi?

Bu gün CİA – nin direktorunun erməni Baş Nazir Nikol Paşinyana deyəcəyi üç məsələ gündəmdə ola bilər. Yəni amerikalı məmur bu görüşü ilə İrəvandan izahat tələb edə bilər.
Bilirik ki, Ermənistan bunların ikisinə razılıq verməyəcəkdir. Praktiki olaraq Rusiya və İrandan asılı olan ermənilər yalnız İrana qarşı müharibədə özünə məxsus xarakterini ortaya qoyaraq Amerika ilə bir yerdə ola bilər.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın