Bunu prezidentin köməkçisi Hikimət Hacıyev deyib

Hamıya bəllidir ki, Vətən müharibəsinin son günü rəşadətli ordumuz Xankəndinə girməyə çox yaxın idi. Hətta onun bir addımlığından geri dönüş etdiyimiz də heç kimə sirr deyil.
Sən demə bizim Xankəndinə girməməyimiz oradakı erməni əhalisinin ölümünə səbəb olmaq istəməməyimizlə əlaqədar imiş. Bunu prezidentin köməkçisi Hikimət Hacıyev deyib.
İki il fikirləşib tapdıqları bəhanə nə dərəcədə məntiqə uyğundur? Axı hər bir bəhanənin daha çox hissəsi yalanla yoğrulmuş olsa da müəyyən bir qismi məntiqə yaxın fikirlərlə əhatə olunur.
Siz bu fikirdə məntiq görürsünüzmü?
Bu cavan funksioner deyir ki, Xankəndini işğaldan azad etmək hərbi cəhətdən nə qədər çətin qərar olsa da həm də mənəviyyat məsələsi, insanlıq məsələsiydi. Cənab Hacıyevin işlətdiyi ifadəni olduğu kimi tələffüz etdim.
Özünüz fikirləşin, tərəzinin bir gözündə Azərbaycan torpaqlarına daraşmış hay şudraları, digər gözündə Xankəndi. Sizcə çəkidə hansı ağır gələr? Cavaba ehtiyac yoxdur. Daha doğrusu məlum məsələni cavablandırmağa lüzum görmürəm.
Məncə H.Hacıyevin etdiyi çox duzsuz zarafatdır. Təbii ki, bu onun fikri deyil, onu təlimatlandıran adamın növbəti baş aldatmasıdır.
Müharibə bütün qanunların pozulması və onların qanla yenidən yazılması deməkdir. Müharibə və mərhəmət anlayışlarını heç cürə identifikasiya etmək mümkün deyil. Məqsədimiz 30 ilə yaxın “Dağlıq Qarabağ münaqişəsi” dediyimiz düyünün qılıncla kəsilməsinə nail olmaq deyildimi? Münaqişənin adı Dağlıq Qarabağ, bu münaqişənin baş kəndi – Xankəndi, qalib gələn tərəf biz, amma uğrunda vuruşduğumuz torpaqlar erməni əsarətində…
Dünya müharibələri tarixində görünməmiş bir “qələbə”. Özünün eybəcərliyi ilə səciyyəvi xarakter daşıyır.
Paxırlarının üstü açılandan sonra təzədən təşvişə düşüblər ki, amandı, qoymayın kələyimiz öz təsirini itirdi, yeni, bu dəfə sentimental bir şey fikirləşib tapmalıyıq və tapdıqları da ki, bu…
Biz axı duyğusal millətik. Kişilik edib basdığımız xəyanətkarı kəsməməklə qürrələnib bunu mərdlik kimi ruhumuzda yaşadırıq. Ancaq bu çox çəkmir, üzümüzü çevirib getmək istəyən kimi xain düşmən yerindən qalxaraq arxadan bizi vurur. Bu dəfə də düşmənin adını namərd qoyuruq.
İndi bunlar “B” variantına keçiblər. İnandırmaq istəyirlər ki, müharibə reqlamentləşdirilmiş, Putin Rusiyasının müəyyənləşdirdiyi qrafik üzrə deyil, Azərbaycan iqtidarının öz iradəsi ilə həyata keçirilmiş, müharibənin gedişində və nəticənin əldə olunmasında müstəqil qərarlar qəbul edilmişdir. Amma hakimiyyətdə bir ağıllı adam yoxdur, müzəffər ali baş komandandır, nədir onu başa salsın ki, bu çox uğursuz monipulyasiyadır. Adama deməzlərmi ki, öz əlin, öz başın idisə və Xankəndi ovcunun içində ola-ola onu niyə əlindən buraxdın?! Necə yəni oradakı erməni əhalisinin öldürülməsini istəmədik?! Əvvəla, həmin günlər orada Arayik başda olmaqla erməni qalmamışdı, hamısı canını qurtarmaq üçün Xankəndindən qaçmışdılar. İkincisi, lap tutalım mülki ermənilər oradaydı, belə canınız yanırdısa orduya göstəriş verərdiniz ki, yerli əhaliyə güllə atmasınlar(hərçənd mən əks göstəriş verərdim). Görürsünüzmü, seçdiyiniz yeni blef heç də ən yaxşısı deyil. Söhbətin başına ip salıb sürüməyin, fırlatmağın adı yoxdur. Yalançı müharibəni böyük zəfər kimi qələmə vermək üçün hələ çox belə böyük yalan-palanlar fikirləşib tapacaqsınız. Amma ehtiyatlı olun, söhbət kişinin(Putin)qulağına gedib çatar, sonra sizin üçün yaxşı olmaz. Çünki bu müharibənin təşəbbüskarı da, bəhrəsini görəni də Putindir….

Nur An Əsər.

Bunu paylaş:

Bir cavab yazın