Bunların hansına inanaq?

 

Hörmətli oxucular, bir müddət əvvəl, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev, 2021 -ci ildə yeni iş yerlərinin açılması barədə məlumat vermişdir. Musa Quliyevin sözlərinə görə bu il Azərbaycanda 60 min yeni sosial iş yerləri açılacaqdır. Milli Məclisin deputatının sözlərinə görə artıq bu barədə bəzi qurumlar məlumat verilmişdir.
Maraqlısı budur ki, Əmək və Əhalinin Sosial Müdafiə naziri Sahil Babayev də bir müddət əvvəl çıxış edərək,  Azərbaycanda bu il orta hesabla 120 mindən çox iş yerlərinin açıldığını bildirmişdi. Xalqımız bunların hansına inansın?

Daha maraqlısı budur ki, dövlət qurumlarının verdiyi xəbərə əsasən, bu il pandemiya ilə əlaqədar, minlərlə insan öz iş yerlərini itirmişdir. Hətta dünyanın inkişaf etdiyi ölkələrdə belə işsizlərin sayı sürətlə artmaqdadır. Reallıq İlham Əliyev və hakimiyyətində olan məmurların xalqı bu cür aldatmaqlarındadır. Bugünkü gün ölkəmizdə hər 10 nəfərdən 8-i işsizdir.


Dünya təcrübəsində boş iş yerləri, bələdiyyələr və yaxud da başqa dövlət qurumları tərəfindən şəffaf şəkildə elan edilməkdədir. Azərbaycanda isə istər Sahil Babayev, istərsə də Musa Quliyev tərəfindən bu cür məlumatlar yalnız kağız üzərində qalır.Yaxşı olardı ki, Milli Məclisin deputatı Musa Quliyev, 60 minlik iş yerlərinin harda açılması barəsində xalqa açıq şəkildə məlumat versin.

Mikayıl Əsədov.

Bunu paylaş: