Bundan sonra daha da pis olacaq…

 

Təsadüfən küçədə bir köhnə tanışımla rastlaşdım. Salamlaşdıq, ordan-burdan söhbət etdik və söhbət gəlib çıxdı ölkədəki duruma. Dedim ki, ölkədə qanunsuzluq baş alıb gedir, dərəbəylikdir, vəziyyət çox pisdir.
Bilirsiniz onun cavabı nə oldu?
– Əşşi qoy oturmuşuq, bundan sonra gələn daha da pis olacaq…

Mənim ona cavabım belə oldu:
– Bundan sonra gələn daha da pis olacaq? Düz deyirsən, səninlə tam razı. Heydər Əliyev getdi, onun yerinə oğlu gəldi, daha da pis oldu. Bundan sonra bala Heydər gələcək, daha da pis olacaq. Niyə? Çünki sən bu proseslərdə yoxsan, daha yaxşı olması üçün mübarizə aparmırsan. Necə deyərlər, hər ötən gün daha da pis olacaq, neçə ki, sən öz sözünü deməmisən.

… Tanışım mənim bu cavabımdan sonra susdu, işi olduğunu dedi və ayrıldıq… Söz verdi ki, yaxın günlərdə görüşüb söhbət edərik…

İbrahim Azər.

Bunu paylaş:

Bir cavab yazın