Buda əvvəlki nazirlər kimi yalan danışır

Dünən Təhsil nazirliyi brifinq keçirdi. Məktəblərin nə vaxt açılacağı, dərslərin necə keçiriləcəyi barədə yeni nazir Emin Eynullayev məlumat verdi. Onun bildirdiyinə görə, 1-4-cü siniflər sentyabrın 15-də,5 – 9-cu siniflər oktyabrın 1-də,10-11-ci siniflər isə oktyabrın 15-də əyani dərslərə başlayacaqlar. Dərslər hibrid formada keçiriləcək, yəni həm əyani, həm də onlayn. Ali məktəblərdə 1-ci kurslar oktyabrın 1-də,yuxarı kurslar isə 15-də dərsə başlayacaqlar. O deyir ki, bizdə distant təhsil üçün hər cür şərait yaradılıb. O da əvvəlki nazirlər kimi yalan danışır, çünki ölkədən,vətəndaşların vəziyyətindən xəbəri yoxdur.

Bunu paylaş: