Bu yalnız Azərbaycanda baş verə bilər

 

Səbayıl rayon məhkəməsi, bir müddət əvvəl Dövlət Təhlukəsizlik Xidməti tərəfindən həbs edilmiş Xarici İşlər nazirliyinin iki əməkdaşının, həbs qəti imkan tədbirini dəyişdirərək ev dustaqlığı ilə əvəz etmişdir. Cəzaları yüngülləşdirilən şəxslər XİN-nin İşlər idarəsinin sabiq müdiri və Tender komissiyasının sabiq sədri Fərhad Mollazadə və İşlər idarəsinin təsərrüfat şöbəsinin sabiq müdiri Səlim Əlizadədir. Bu şəxslər XİN – də işlədikləri zaman vəzifələrindən sui-istifadə etməklə rüşvət və korrupsiya cinayətləri törətmişlər.


XİN – də törədilən belə cinayətlər yolverilməzdir. Bu cür insanların XİN-də işləməsi, dövlət diplomatiyasına və siyasətinə böyük təhlükədir. Ən maraqlısı odur ki, İlham Əliyev hakimiyyəti bu tip insanları asanlıqla azad edir. Bu, Azərbaycanın dünyadakı nüfuzuna böyük bir zərbədir. Dövlətin, xalqın sərvətini talayanlar qısa bir vaxtda azadlığa buraxıldığı halda, haqq söz deyən siyasi məhbuslar hələ də həbsdədirlər; İlham Əliyevin dünyada tayı-bərabəri olmayan “dövlət idarəçiliyi”.

Mikayıl Əsədov.

 

Bunu paylaş: