Bu vəziyyətdə, Qazaxıstana “TDT” nin müdaxiləsi yolverilməzdir

 

Qazaxıstanda baş verən hadisələrin dünyanın diqqət mərkəzində olduğunu hər kəs bilir. Rusiyanın işğalçı siyasəti, Kollektiv Təhlükəsizliyi Müqaviləsi Təşkilatının müdaxiləsi, yerli xalq arasında birmənalı qarşılanmamışdır. Üstəlik də onlara verilən “xəbərdarlıqsız atəş” əmri Qazaxlar arasında hökumət rəhbərliyinə və Rusiyaya nifrəti artırmaqdadır.

Qardaş ölkəyə “Türk Dövlətlər Təşkilatı” nın müdaxiləsi düzgün olardımı?
Siyasi baxımdan baxsaq, xeyir!
Bilirik ki, qardaş ölkə Qazaxıstanda baş verən üsyanda dünya güclərinin “Xüsusi Xidmət Orqanları” zərgər dəqiqəliyi ilə hərəkət etməkdədir. Əgər “TDT” öz sülhməramlı ordusunu göndərsəydi, bu zaman xarici ölkələrin xüsusi xidmət orqanları hərəkətə keçəcəkdi. Bu zaman onlar Qazax xalqı ilə “TDT” sülhməramlıları arasında süni insident yaradaraq, bütün Qazaxıstanı bizə qarşı döndərəcəkdi. Belə olduğu halda ilk öncə türk kökənlilər və “TDT” lər arasında qırılma nöqtəsi başlayacaqdır. Yəni özümüz özümüzə qarşı nifrət edəcəkdir.

Bir daha qeyd edim ki, əgər “TDT” bu vəziyyətdə müdaxilə etsəydi, möhkəmlənməkdə olan Alyans zəifləyərək demək olar ki, məhv olardı.
Qazaxtanda xalqın nifrəti Putinə və Tokayevə getdikcə artmaqdadır. Aldığımız xəbərə görə xalq arasında ölənlərin sayı 1000 nəfəri keçməkdədir. Ölənlər arasında azyaşlıların da olduğu deyilir. Bu nifrətin qarşısında Türk dövlətləri tab gətirə bilməzdi.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın