Bu terrorun məsuliyyəti bir başa Rusiyanın üzərinə düşür!

 

Hörmətli oxucular, Laçın Xankəndi yolunun üzərində, Daşaltı yaxınlığında qurulan Azərbaycan və Rusiya “sülhməramlıları” nın postunda erməni terroru baş vermişdir. Qarabağ döyüşlərində iştirak etmiş Norayr Mirzoyan əlində olan qumbaranı Azərbaycan əsgərinin durduğu posta atmışdır. Nəticədə postda xidməti vəzifələrini yerinə yetirən üç hərbçimiz yaralanmışdır.
Bir müddət sonra isə terror törədən Norayr Mirzoyan Rusiya hərbçiləri tərəfindən saxlanılmışdır.

Rusiya ilə birgə hazırlanmış terrordur?

Kadrlaradan göründüyü kimi, terror əvvəlcədən hazırlanmışdır. O terrorçu, terror törədəndən sonra, hadisə yerinədəki avtomobilinə minərək oranı tərk etmiş,Rusiya “sülhməramlıları” isə, onun arxasınca nəinki, atəş açmırlar, hətta arxasınca getmirlər də.Qarşıdakı postda saxlanılan Norayr Mirzoyana Rusiya “sülhməramlıları” nın necə mehriban davrandıqlarını görə bilərik.

Bəs İlham Əliyev deyirdi Xankəndi, Xocalı, Xocavənd, Ağdərə bizdədir?.
Maraqlı tərəf burasındadır ki, Azərbaycan ərazisində terror törədən erməni Norayr Mirzoyan Ermənistan hüquq mühafizə orqanlarına təhvil verilmişdir. Bununla da hər gün bir erməni bizə qarşı terror törətməsi olacaq, Ermənistana təvil veriləcək, ordan isə qəhrəman kimi azadlığa buraxılacaqdır.
Azərbaycan tərəfi isə boş kağız parçası üzərində hər zamankı kimi, cinayət işi açacaqdır.

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın