Bu tarixdən Azərbaycanlıların Xankəndinə qayıdışı başlayaçaqdır

Erməni KIV-nin verdiyi xəbərə görə, 2021-ci ilin birinci yarısında azərbaycanlıların Xankəndinə köçürülməsi başlanacaqdır. Aldığımız məlumata görə ilk köçürülən vətəndaşlarımızın sayı 20 minə yaxın olacaqdır. Artıq ermənilər təşviş içində olduqlarını açıq şəkildə büruzə verirlər. Bu məlumatı erməni politoloq Qaqik Ambaryan təsdiq etmişdir. Onun sözlərinə görə, rəsmi Bakı azərbaycanlıların köçürülməsi və orada yaşayış şəraitinin təmin edilməsi üçün hökumət səviyyəsində hər bir köməklik göstərəcəkdir. Eyni vəziyyət Xocalı və Xocavənd rayonlarında da tətbiq olunacaqdır. Yəni gələn ildən azərbaycanlıların Dağlıq Qarabağa köçürülməsi başlanacaqdır. Azərbaycanlıların azad edilən ərazilərə köçürülməsi (qaçqınların öz dədə-baba torpaqlarına qaytarılması) əsas dövlət siyasətlərindən biridir.

Mikayıl Əsədov.

Bunu paylaş: