Bu sadəcə miskinlikdir

 

Ərazi bütövlüyümüz tam təmin olunub deyirik. Bu prizmadan yanaşsaq Ağdərə rayonunun Azərbaycan ərazisinə aid olmadığı kimdəsə şübhə doğura bilərmi? Bəs belə olan halda orada qondarma D/Qarabağ respublikasının güc strukturları əsgərimiz Cəmil Babayevi necə əsir götürə bilmişlər?! Və bundan daha rəzalətli məqam ondan ibarətdir ki, onu bizim ərazimizdə ələ keçirdikləri halda Yerevandan bizə niyə qaytarırdılar?! Rəzalətin rəzaləti, ən böyüyü isə odur ki, C.Babayevi Azərbaycan ərazisində hərbi şantaj törətmək istəyən iki diversant əsirlə dəyişmək məcburiyyətində qaldıq…

Təsəvvür edirsinizmi, biz ərazi bütövlüyümüzü təmin edib əsgərimizi öz torpaqlarımızın keşiyində durmağa göndəririk, ancaq onu bizim ərazidə qurulan qondarma respublika ələ keçirir, eyni zamanda həmin ərazidə bizim yaxaladığımız diversantların ikisi ilə dəyişdirilir!!!
Burada zərrə qədər də olsa məntiq görünürmü???!!!
Yox, burada miskinlikdən başqa görünən bir şey yoxdur…

Elnur Xəlilov.

Bunu paylaş:

Bir cavab yazın