Bu rejimin qorxulu röyası

Ay millət, baş verənlərdən xəbəriniz varmı? Yoxsa bir çoxları kimi ,, mən siyasətə qarışmıram, mənlik deyil” deyib, çox rahatca yaxanızı kənara çəkirsiz?
Məlumunuz olsun ki, Qurban Məmmədovun Bakıdakı evi söküldü; o evi ki, Qurban bəy hələ Bakıda olanda vəkillik fəaliyyəti ilə əlaqədar qazandığı halal pulu ilə tikmişdi, bir çoxları kimi gəliri məlum olmayan villalardan deyildi. Ev, Nərimanov rayonu ərazisində yerləşirdi, 4 mərtəbəli idi, aşagıda Qurban bəyin o vaxtkı ofisi, digər mərtəbələrdə kirayənişinlər və Qurban bəyin qızı yaşayırdı. Kürəkəninin dediyinə görə səhər Nərimanov r-nu icra hakimiyyətindən gəlib bir neçə saat ərzində evi boşaltmağı tələb ediblər. Bu olanlar sıradan baş verən, adi hadisə deyil. Bu hadisə bir daha sübut etdi ki, hakimiyyət qorxduğunun üstünə gedir. Bəziləri qəsdən bunun Ramiz Mehdiyev tərəfindən olunduğunu və ya mehdiyevlə əlaqədar olduğunu söyləsələr də fakt faktlığında qalır; yəni rusa xidmət edən erməni mənşəli Ramiz Mehdiyev, onun sadiq köməkçisi Əli Həsənov və onların ,,müxalifət” kimi meydana çıxardığı siyasətçiləri, söyüş söyən tayfası azadlıqdadır, heç bir məsuliyyətə cəlb olunmurlar. Sual olunur – Niyə bu qədər faktlar ortada ikən bunlar həbs olunmur? Çünki, ,,Mehdiyev” tamaşası da bir oyundur və bu oyun bir məqsədə xidmət edir: prezidentin saf, təmiz olması və bütün cinayətlərin, korrupsiyanın başında Mehdiyev klanının durması. Budur məqsəd!!! Bu fikri ortaya atanlar da məhz bu rejimə xidmət edənlərdir. Doğru olanı budur ki, bütün qanunsuzluqların başında şəxsən İlham Əliyev durur və bütün məmurlar da ona xidmət edir. Bu rejimin qorxduğu isə əsil – həqiqi müxalifətdir ki, ona qarşı hər cür murdar vasitələrə əl atır: Tofiq Yaqublunu şərləyib həbs edir, Elvin İsayevi oğurlayıb türməyə atır, Azər Məmmədov, Siyavuş Mustafayev və başqaları yalan ittihamlarla həbs edilir, Qurban Məmmədovun evi qanunsuz olaraq sökülür, uşaqları, nəvələri çölə atılır. Bütün bu olaylar xalqın vətən uğrunda döyüşən əsil müxalifətini və əli bu rejimin cibində olan qondarma, saxta müxalifətini yaxından tanımağa imkan verir. İndi artıq xalqın kimə inanması və kimin arxası ilə getməsi sual altında olmamalıdır. Deməli, Qurban Məmmədov düz yoldadır və O, bu rejimin qorxulu röyasıdır.

İmza; Yaqut Xəlilova

Bunu paylaş: