Bu rejimə ,,dur” deməyin vaxtı çoxdan çatıb

Tofiq Yaqublu aclıq aksiyasına başladı. Elvin İsayev neçə aylardır həbsxanada əzab çəkir, Rəhim Qazıyev, Siyavuş Mustafayev, Azər Məmmədov şərlənib tutulub, indi də Tofiq Yaqublu. Sonra da ağzıgöyçəklər deyir ki, qabağa düşən qəhrəmanlar yoxdur. Bizdə qəhrəmanların sayı-hesabı yoxdur; nə qədər manqurtlaşma siyasəti aparılsa da genimizi dəyişə bilmirlər; toxum varsa harda olsa cücərib baş qaldıracaq. Amma biz də bu qəhrəmanların yanında olmalıyıq, onları müdafiə etməliyik. Elvin İsayev də zalıma qarşı çıxdığına, haqqı müdafiə etdiyinə görə bu rejim tərəfindən oğurlandı və həbs edildi. Elvinin həbs olunmasında şəxsən Qənimət Zahid iştirak etdi. Azərfeedom-dan ( həmçinin El-üçünTV və OğuzTV ) başqa heç bir kanal Elvini müdafiə etmədi və indi də etmir, hamı Elvini və digər siyasi dustaqları unutdurmağa çalışır, onların arasında ayrıseçkilik salır. Qəhrəmanlar qabağa düşüb əsas ağırlığı öz çiyinlərinə götürürsə, xalq da onları tək qoymamalıdır və o şəxslər də arxalarında bizi- yəni uğrunda hər əzaba qatıldıqları xalqı görməlidir, duymalıdır. İndi də bizim növbəmizdıir, biz o qəhrəmanlara borcluyuq, onlar bizə görə bu qədər əzaba qatlaşır. Bu rejimə ,,dur” deməyin vaxtı çoxdan çatıb.

Yaqut Xəlilova

 

Bunu paylaş: